Hemofiliya qanın laxtalanma sisteminin pozulması nəticəsində baş verən irsi xəstəlikdir. Xəstəliyin xarakter sinptomu qansızma və qanaxmalardır ( burundan, ağızboşluğundan dişdibindən və.s). Ona görə ilk növbədə əvəzedici müalicə aparılır. Yəni qan plazma,damardaxili yeridilir.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни»Москва 1986. стр 260
419. Hemofiliya xəstəliyi olan uşaq soyuqlayarsa ona hansı dərmanı vermək olmaz?
Hemofiliya xəstəliyinin xarakter əlamətlərindən biri qansızma və qanaxmadır. Belə vəziyyətdə asetilsalisil turşusu təyin etmək olmaz. Çünki bu qanı durulaşdıraraq qanaxmanı artırar.
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. «Детские Болезни»Москва 1986. Стр.261