446. Uşağa oksigen hansı formada verilir?
A) ağızdan-buruna
B) quru oksigen
C) ağızdan-ağıza
D) nəmləşdirilmiş oksigen
E) təmiz oksigen
Oksigen verərkən mütləq nəmləşdirmək lazımdır ki, uşağın yuxarı tənəffüs yolları qıcıqlanmasın.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya”Bakı 2007 səh 30
447. Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir?
A) Ənsə və təpə sümükləri arasında
B) Təpə və alın sümükləri arasında
C) Təpə sümükləri arasında
D) Alın və ənsə sümükləri arasında
E) Yenidoğulmuşlarda normada böyük əmgək bağlanmış olur
Yeni doğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir.
Ədəbiyyat: Л.A.Исaeва, Л.К.Бaжenoвa «Детские Болезни» Moсkвa 1986 , стр35
Dostları ilə paylaş: |