443. Kəskin qastrit zamanı uşaqlarda hansı əlamətlər olur?
A) Hərarətin qalxması
B) Baş ağrısı, mədə bulanması
C) Epiqastral nahiyyədə ağrı, qusma
D) A/T (arterial təzyiqin) artması
E) A/T (arterial təzyiqin ) enməsi
Qastrit mədənin selikli qişasının iltihabıdır, uşaqlarda ən çox qidalanmanın pozulması nəticəsində əmələ gəlir. Uşaqda epiqastral nahiyyədə ağrı, mədə bulanması, qusma, ümumi zəiflik bəzən hərarətin qalxması olur.
Ədəbiyyat: A.A.Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı-2008, səh 85
444. Anadangəlmə ürək qüsuru ilə doğulmuş uşağın görünüşü necə olur?
A) Qıcolma
B) Huşsuzluq, A/T-in düşməsi
C) Sianoz, təngnəfəslik, göyərmə
D) Hərarət
E) Bayılma
İlk gündən anadangəlmə ürək qüsuru ilə doğulmuş yüngül təngnəfəslik hiss edilir, getdikcə artır. Ağız ətrafında sianoz olur, uşaq ağlayanda göyərir.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri”, Bakı- 2008, səh 218
445. Hansı xəstəlik zamanı arxa boyun limfatik vəziləri palpasiya edilir (əllənir)?
A) Qızılca
B) Məxmərək
C) Hepatit B
D) Pankreatit
E) Meningit
Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir.Xəstəliyin əsas xarakter siptomu arxa boyun limfatik vəzilərinin palpasiya edilməsi yəni əllənməsidir.
Ədəbiyyat: N.Tağıyev “Neontologiya” Bakı 2007 səh45
Dostları ilə paylaş: |