460. Hipoksiyanın dölə qısa müddətli təsirindən nə qeyd olunur?
A) Taxipnoe
B) Bradinardiya
C) Apnoe
D) Taxikardiya
E) Bradipnoe
Hipoksiya – yəni O2 aclığı bətndaxili və bətnxarici ola bilər, bu zaman cift qan dövranı pozulur – dölün bədəninə 02 az daxil olur və O2 aclığı baş verir. Bunun təsirindən dölün ürək döyüntüləri çoxalır yəni taxikardiya əmələ gəlir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 145
461. Eksikoz dedikdə nə başa düşülür?
A) Qan azlığı
B) A/T (arterial təzyiqin) düşməsi
C) İshal
D) Qusma
E) Susuzluq
Mədə bağırsaq infeksiyaları zamanı orqanizmin qusma və ishal nəticəsində çoxlu su itirməsi nəticəsində əmələ gələn susuzluğa eksikoz deyilir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 56
462. Südəmər uşaqlarda hipotrofiya (çəkinin normadan az olması) nə zaman baş verir?
A) Qan azlığı olduqda
B) Vitamin çatışmazlığı olduqda
C) Xroniki qida pozğunluğu olduqda
D) Mədə-bağırsaq pozğunluğu olduqda
E) Süni qidalanma zamanı
Hipotrofiya xroniki qida pozğunluğudur. Səbəbi xroniki xəstəliklər, ana südünün az olması – hipoqalaktiya və südün keyfiyyətsiz olması nəticəsində qidanın həzmi pozulur, uşağın çəkisi artmır, hətta azalır – hipotrofiya əmələ gəlir.
Ədəbiyyat:A.A. Əyyubova .“Uşaq xəstəlikləri .”Bakı 2008
Dostları ilə paylaş: |