454. Helmintoz diaqnozu nəyə əsasən qoyulur?
A) Qanın müayinəsinə
B) Sidiyin müayinəsinə
C) Nəcisin ümumi müayinəsinə
D) Nəcisin bakterialoji müayinəsinə
E) Qanın biokimyəvi müayinəsinə
Helmintozun diaqnozu nəcisin ümumi müayinəsinə əsasən qoyulur.
Ədəbiyyat: A.A. Əyyubova, “Uşaq xəstəlikləri”, Bakı -2008, səh 138
455. Uşaq bayılarkən nə etmək lazımdır?
A) Vitaminlər yeritməli
B) Qlükoza , sulfanilamid preparatlar verməli
C) Antibiotiklər yeritməli
D) Naşatır iylətməli , kofein ,mezaton, kardiamin verməli
E) Antihistamin preparatlar yeritməli
Bayılmada ilkin yardım olaraq xəstəni uzandırmaq, ayaqlarını yuxarı qaldırmaq, onu sıxıcı paltardan azad etmək,naşatr iylətmək, hava gəlməsini təmin etmək, üzünə, sinəsinə soyuq su çiləmək lazımdır.
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı
Dostları ilə paylaş: |