530. Südəmər yaşda qida çatışmazlığı nə ilə nəticələnir?
A) Nəbz vurğuları artır
B) Sidik ifrazı pozulur
C) Nəcis ifrazı pozulur
D) Çəki artımı azalır
E) Tənəffüs tezləşir
Südəmər yaşda uşaq orqanizminin fiziki cəhətdən normal böyüməsi (çəki,boy) düzgün və dəyərli qidalanmadan asılıdır.Ona görə də qida çatışmazlığı zamanı ilk növbədə çəki artımı azalır.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 103
531. Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?
A) Tibb bacısı təyin edir
B) Həkim təyin edir
C) Süd verən ana təyin edir
D) Uşaq təyin edir
E) Köməkçi təyin edir.
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən imtina edir.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 104
532. Hansı çəkidə doğulmuş uşaq orta çəkili hesab edilir?
A) 2000-2500 qr
B) 2500-3000 qr
C) 3000-3500 qr
D) 3500-4000 qr
E) 4000-4500 qr
Vaxtında yeni doğulmuş uşağın orta çəkisi normada 2500 qramdan çox, 3000-3500 qr təşkil edir.
Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 35
Dostları ilə paylaş: |