639.Əməliyyat tibb bacısı əməliyyat zamanı iri salfetləri neçə dəfə saymalıdır?
A)1
B)2
C)5
D)3
E)saymamalıdır
Əməliyyatda iri salfetlər 3dəfə: əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonra sayılır. İri əməliyyatlarda adətən 10 ədəd iri salfet işlədilir.
Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı (səh 234) M.M.Abakumov. Moskva 1985 640.Toxumalar arasına qanın toplanması necə adlanır?
A) Mioma
B) Osteoma
C) Hematoma
D) Qlioma
E) Teratoma
Yumşaq toxumaların qapalı zədələnməsi-əzilmə adlanır. Bu zaman kapilyarlar partlayır və toxuma arasına qan yığılır, bu hematoma adlanır.
Ədəbiyyat: N.R.Paleyev “Tibb bacısının məlumat kitabı”. Bakı 1991. Səh 306.