641.Barmaqlarda əməliyyat zamanı tətbiq olunan yerli anesteziya hansıdır?
A) Onurğa beyni anesteziyası
B) İnfiltrasiya üsulu
C) Vişnevski üsulu
D) Oberst-Lukaşeviç üsulu
E) Futlyar anesteziya
Novokainin 1-2%li məhlulundan istifadə edib, müəyyən nahiyəni innervasiya edən bilavasitə sinir kötüyünə və ya ətraf toxumalara yeritməklə sinir keçiriciliyini müvəqqəti pozmaq olur .Bu ötürücü, məhəlli və ya oberst Lukaşeviç üsulu adlanır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.279
642.Körpücük sümüyünün sınıqlarında hansı sarğı qoyulur ?
A) Sünbülvari sarğı
B) Spiral şəkilli sarğı
C) Ləçək sarğısı
D) Dezo sarğısı
E) Tısbağavari sarğı
Bazu oynağında immobilizasiya və yuxarı ətrafı bədənə fiksə edən dörd turdan ibarət sarğı ilə aparılır. Körpücük sümüyü sınaqlarında qoltuq altına bərk bir əşya qoyub, bazu oynağını yuxarı qaldırıb döş qəfəsindən bir qədər aralı saxlayıb, sonra bazunu bədənə sıxıb sarıyırlar.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 295
Dostları ilə paylaş: |