748.Tez bərkiməsi üçün gipsli langeti hansı temperaturlu suda islatmaq lazımdır?
A) Soyuq suda
B) İlıq suda
C) Qliserin qatılmış suda
D) Bitki yağı tökülmüş suda
E) Fərqi yoxdur
Gips soyuq suda bir qədər gec bərkiyir.Tez bərkiməsi üçün gips langet ilıq və duzlu suda isladılır.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259
749. Bud sınıqlarında neçə qatlı langet hazırlamaq lazımdır?
A) 3-4 qatlı
B) 6-8 qatlı
C) 2-3 qatlı
D) 10-12 qatlı
E) 1-2 qatlı
Bud sınıqlarında 6-8 qatdan ibarət gips langeti hazırlanır. Budun əzələləri güclü olduğu üçün nazik qatlı gips sarğısı qoyularsa sınıq qəlpələri yerini dəyişə bilər.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259