90. Müalicə müəssisələrinin ümumi rejiminə nə aiddir?
A) Xəstələrin və tibbi heyətin şəxsi gigiyenası
B) Sanitariya rejimi
C) Göstərilənlərin hamısı
D) Daxili intizam qaydaları
E) Xəstənin fərdi rejimi
Sadalanan amillərin hamısı xəstəxananın ümumi rejiminə aiddir. Bu rejimin məqsədi xəstələri müalicə etmək, vaxtında və düzgün qidalandırmaqla yanaşı, onlar üçün lazımi sanitariya-gigiyenik şərait yaratmaqdır.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 21. “ Təhsil ” Bakı 1998.
91. Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?
A) Qadın məsləhətxanası
B) Poliklinika
C) Təcili yardım stansiyası
D) Xəstəxana
E) Həkim məntəqəsi
Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə həmin müəssisədə yatdıqda aparılır, bu baxımdan xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edilir. Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 19. “ Təhsil ”
Bakı 1998.
Dostları ilə paylaş: |