92. Xəstəxanada palatanın havası neçə saatdan bir dəyişdirilməlidir?
A) Hər 3 saatdan
B) Yalnız səhər
C) Hər bir saatdan
D) Səhər,axşam
E) Gündə 3 dəfə
Palatada havanın miqdarının gigiyenik normasına riayət olunmalıdır. Palatada bir xəstəyə düşən hava norması 25.m3 olmalı və hər bir saatdan bu hava dəyişdirilməlidir. Palatada havanı nəfəsliyi açmaqla və ya kondisioner vasitəsilə təmizləyirlər.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 23 . “ Təhsil ” Bakı 1998.
93. Xəstəliyin ağırlıq dərəcəsindən və gedışındən asılı olaraq xəstəxanada xəstəyə hansı rejim təyin edilir?
A) Ciddi yataq rejimi
B) Sadalanan bütün rejimlər
C) Yataq və yarımyataq rejimi
D) Ümumi rejim
E) Sərbəst rejim
Xəstəliyin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq xəstələrə həkim tərəfindən 5 rejim təyin edilir: ciddi yataq rejimində xəstəyə hətta yataqda belə hərəkətə icazə verilmir; yataq rejimində xəstə yataqdan qalxa bilməz, yalnız yataqda hərəkət edə bilər; yarımyataq rejimində xəstəyə yalnız ayaqyoluna getməyə icazə verilir; ümumi rejimdə xəstəyə şöbədə, sərbəst rejimdə isə xəstəxananın həyətində gəzməyə icazə verilir.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 31 “ Təhsil ”
Bakı 1998
94. Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir?
A) Sağ tərəfi üstə
B) Yarımoturaq vəziyyətdə
C) Oturaq vəziyyətdə
D) Başın səviyyəsi aşağı vəziyyətdə
E) İstənilən vəziyyətdə
Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı üçün xəstədə bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq üçün xəstəni xərəkdə, başı aşağı vəziyyətdə nəql edirlər.Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil”Bakı 1998.
Dostları ilə paylaş: |