98. Rektal süni qidalanma nə vaxt əks-göstəriş sayılır ?
A) Mədə əməliyyatından sonra
B) Orqanizm çox su itirdikdə
C) Qida borusunun tam keçməməzliyində
D) Massiv yanıqlar zamanı
E) Anusda çatlar olduqda
Orqanizmin mayeyə və xörək duzuna olan tələbatını ödəmək üçün qida maddələrinin düz bağırsaqdan yeridilməsi rektal süni qidalanma adlanır. Düz bağırsağın sfinkterini qıcıqlandırmamaq və anusda çatlar əmələ gəlməməsi üçün rektal qidalanmanı tez-tez aparmaq tövsiyə edilmir. Anusda çatlar olduqda isə qanaxma təhlükəsi olduğuna görə rektal qidalanma aparmaq əks-göstərişdir. Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.130 “ Çıraq ” 2008.
Dostları ilə paylaş: |