104. Xəstənin qəbul otağından şöbəyə nəql olunma üsulunu kim təyin edir?
A) Qəbul şöbəsinin tibb bacısı
B) Kiçik tibb bacısı
C) Qəbul şöbəsinin böyük tibb bacısı
D) Qəbul şöbəsinin həkimi
E) Baş həkim
Xəstənin qəbul otağından şəbəyə nəql olunmasının 4 üsulu vardır: sərbəst, əlil arabası ilə, xərəkdə və sanitarların köməyi ilə. Xəstənin şöbəyə hansı üsulla nəql olunmasına qəbul şöbəsinin həkimi qərar verir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 29
105. Tibb bacısı xəstəyə və onun ailəsinə qulluq qaydalarını öyrədərkən nə etməlidir?
A) Baş həkimdən icazə almalıdır
B) Həkimdən icazə almalıdır
C) Böyük tibb bacısına xəbərdarlıq etməlidir
D) Böyük tibb bacısından icazə almalıdır
E) Xəstənin və onun ailəsinin bilməli və bacarmalı olduğu qaydaları izah etməli
Tibb bacısı xəstədən başqa onun ailəsi ilə də yaxın təmasda olur. Xəstəyə və onun ailəsinə qulluq qaydalarını izah etməli, hansı əməliyyatı icra etməsinin yolverilməz olduğunu izah etməlidir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.7-8 “Azərnəşr” Bakı 1984
Dostları ilə paylaş: |