965.Donmadan neçə müddət sonra demarkasion xətt əmələ gəlir?
A) 10-12- gün
B) 1-2 gün
C) 10-12 saat
D) 25-30 gün
E) 4-6 saat
Əvvəlcə dəri soyuq tünd rəngə çalır, 10-12 gündən sonra suluqlar meydana çıxır. Dəridə, əzələ qatında,sümüklərdə kömürləşmə gedir. Nəticədə sağlam toxuma ilə ölmüş toxuma arasında demarkasion xətt adlanan sərhəd əmələ gəlir.
Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310 966.Kəskin qanitirmədə hansı növ şok əmələ gəlir?
A) Kardiogen
B) Hemorrargik
C) Anafilaktik
D) Hemotransfuzion
E) Pulmonal
Qan itirmədə təzyiq kəskin aşağı düşür,.Orqanizmdə maddələr mübadiləsi pozulur, itirilən qanın miqdarında asılı olaraq hemorrargik şok yaranır.
Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 132
967. Qanaxmanın hansı növündə köpüklü və al qırmızı qan müşahidə olunur?
A) Burun qanaxmasında
B) Ağciyər qanaxmasında
C) Qida borusu qanaxmasında
D) Mədə qanaxmasında
E) Bağırsaq qnaxmasında
Köpüklü və al qırmızı qan ağciyər qanaxmasında bronx və toxumaların zədələnməsi nəticəsində əmələ gəlir.
Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310