975. Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozuntu nədir?
A) Diqqət pozuntusu
B) Yatrogeniya
C) Yaddaş pozuntusu
D) İradi-hərəki pozuntu
E) Düşüncə pozuntusu
Tibb bacısının vaxtında və yerində edilmiş qeyd və göstərişi xəstəyə müsbət təsir göstərdiyi halda ehtiyatsızlıqla dediyi söz onun vəziyyətini dəyişə bilər və bu ehtiyatsızlıq nəticəsində yaranan reaktiv hal yatrogeniya adlanır.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.476 976. Beyin-qan dövranının kəskin pozuntusu zamanı neçə gün müddətinə yataq rejiminə riayət olunur?
A) 30
B) 14
C) 10
D) 21
E) 6
Beyin-qan dövranının kəskin pozuntusu zamanı beyin funksiyalarının bərpası üçün 3 həftə (21 gün) yataq rejiminə riayət etmək lazımdır.
Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 126