181. Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?
A) 5 ml
B) 10 ml
C) 20 ml
D) 3 ml
E) 2 ml
Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da dərmanların tez və tam sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 ml-dən çox məhlul yeritdikdə dərmanın sorulması ləngiyir, bu da infiltrat, absess, fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur.
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh.152 . “ Təhsil ”Bakı 1998. 182. Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?
Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu olan xəstələrdə dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində görünməsidir. Digər variantlarda sadalananlar inyeksiya ağırlaşmaları olub, inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması nəticəsində baş verir.
Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 160. “ Təhsil ”Bakı 1998.