174. Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa ehtiyac yoxdur?
A) Zərdabları
B) Narkotikləri
C) Vaksinləri
D) Məlhəmləri
E) Dərman şamlarını
Tez xarab olan dərmanlar, məsələn zərdablar, vaksinlər, məlhəmlər, şamlar söbədə olan soyuducuda 2-10 dərəcə temperaturda saxlanılmalıdır. Narkotik maddələr isə tez xarab olmadığına görə onları soyuducuda saxlamağa ehtiyac yoxdur.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh.128 . “ Təhsil ”Bakı 1998.
175. Xəstənin mədəsinin yuyulması üçün zondun hansı məsafəyə yeridilməsi hansı formulaya əsasən təyin olunur (sm-lə)?
A) Uzunluq - 80
B) Uzunluq - 100
C) Uzunluq - 50
D) Uzunluq – uzunluğun 2/1
E) Uzunluq - uzunluğun 3/1
Zondun mədəyə yeridilməsi üçün aşağıdakı formuladan istifadə olunur. Uzunluq – 100. Məsələn, boyu 176 sm olan xəstənin mədəsini yumaq üçün zond 76 sm məsafəyə yeridilməlidir. 176-100=76
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.70 “Azərnəşr” Bakı 1984
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
176.Xroniki böyrək çatışmazlığı zamanı qidada hansı maddələr məhdudlaşdırılmalıdır?
A) Karbohidratlar
B) Vitaminlər
C) Heyvan mənşəli yağlar
D) Zülallar
E) Bitki mənşəli yağlar
Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan sidik cövhəri, sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında zülallar məhdudlaşdırılmalıdır.
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə“Tibb bacısının məlumat kitabı”.Səh.178-179. “Azərnəşr” Bakı 1984
177. Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil?
A) Parenteral yolla qidalanma
B) Qidanın zondla yeridilməsi
C) Fistula vasitəsilə yedizdirilmə
D) Qida maddələrini düz bağırsaqdan yeritmək
E) Xəstənin qaşıqla yedizdirilməsi
Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida maddələri yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün göstərişlər: qida borusunun daralması, udma aktının çətinləşməsi, qida borusunda və mədədə aparılan əməliyyatlardan sonra, komatoz vəziyyət, yeməkdən imtina edən psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal qidalanma üsulu olub, ya tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.129“Çıraq” 2008.
178. Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısının taktikası nədən ibarətdir?
A) Tənəffüs hərəkətlərini sayarkən xəstəyə dərindən nəfəs alıb, verməyi tapşırır
B) Tibb bacısı xəstəyə tapşırır ki, sakit dayansın.
C) Tibb bacısı tənəffüs hərəkətlərini saymağı xəstənin özünə tapşırır
D) Tibb bacısı tənəffüs hərəkətlərini sayarkən çalışmalıdır ki, xəstə bunu hiss etməsin
E) Tənəffüs hərəkətlərini 5 dəqiqə müddətində sayır
Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısı çalışmalıdır ki, xəstə bunu hiss etməsin, əks halda xəstə həyəcanlanar və tənəffüsün sayı, ritmi və dərinliyi dəyişə bilər. Buna görə xəstənin fikrini yayındırmaq məqsədilə bir əllə onun əlini elə tuturlar ki, sanki nəbzi yoxlayırlar, digər əli isə döş tipli tənəffüsü sayarkən döş, qarın tipli tənəffüsü sayarkən isə epiqastral nahiyəyə qoyurlar. Tənəffüs hərəkətləri 1 dəqiqə müddətində sayılır və alınan nəticə temperatur vərəqəsindəki “ tənəffüs sayı” hissəsinə qeyd edilir.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 163. “ Təhsil ”. Bakı 1998.
Dostları ilə paylaş: |