168. Qolu zədələnən xəstənin paltarını dəyişərkən tibb bacısı aşağıda göstərilən qaydalardan hansını düz edir?
A) Əvvəl xəstənin zədəli qolunu soyundurur
B) Əvvəl köynəyi zədəli qola geyindirir
C) Əvvəl köynəyi sağlam qola geyindirir
D) Hər iki qola köynəyi birdən geyindirir
E) Fərqi yoxdur
Yuxarı ətraflardan biri zədələnərsə zədələnmiş ətrafa yenidən travma verməmək üçün qəbul olunmuş qaydaya əsasən tibb bacısı zədələnmiş ətrafı əvvəlcə geyindirməlidir,soyundurduqda isə zədəli ətrafı sonda soyundurmalıdır.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 94“ Çıraq ” 2008.
169. Uzun muddət yataqda olan xəstədə yataq yaraları hansı nahiyədə müşahidə edilmir?
A) Qarın nahiyəsində
B) Omada
C) Kürəkdə
D) Dabanda
E) Ənsədə
Adətən yataq yaraları uzun müddət yataqda qalan xəstələrdə bədənin yataqla təmas edən sahələrində əmələ gəlir. Tipik hallarda xəstə arxası üstə yatdığından omada, kürəkdə, ənsədə,dabanda yataq yarası əmələ gəlir. Arxası üstə yatan xəstədə qarın nahiyyəsində yataq yarası əmələ gəlmir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”.Səh.52“ Çıraq ” 2008
Dostları ilə paylaş: |