441. Eksudativ-kataral diatezin müalicəsində hansı dərmanlar istifadə edilir?
A) Diuretiklər
B) Antimikrob preparatlar
C) Antihistamin preparatlar
D) Hipotenziv preparatlar
E) Ürək qlükozidləri
Eksudativ – kataral diatez allergik vəziyyət olduğu uçun , müalicəsində antihistamin preparatlar işlədilir klaritin, tavegil, suprastin, enterosorbentler, vitaminlər təyin olunur.
Ədəbiyyat: A.Əyyubova.” Uşaq xəstəlikləri”. Bakı- 2008, səh.69
442. Larinqospazm hansı hallarda baş verir?
A) Yemək zamanı
B) Yüksək hərarətin təsiri zamanı
C) Hərarətin aşağı düşməsi zamanı
D) Uşaq qışqırıqla ağladıqda
E) Qusduqda
Larinqospazm spazmofiliya xəstəliyinin bir formasıdır.Bu zaman qırtlaqda səs tellərinin spazmı olur,uşaq qışqırıb ağladıqda daha da artır.
Ədəbiyyat:ЛA.Исaeвa,Л.К.Бaжеnoвa»Детские Болезни»Mockвa1986 стр 202
Dostları ilə paylaş: |