499. Normal çəkili sağlam uşağa birinci əlavə yemək olaraq nə verilir?
A) düyü həlimi
B) meyvə şirəsi
C) kefir
D) mannı sıyığı
E) tərəvəz püresi
Əlavə yemək uşağa böyüməkdə olan uşaq orqanizminin zülallara,yağlara,karbohidratlara olan tələbatını ödəmək üçün verilir.Birinci əlavə yemək uşağa 5 aylığından tərəvəz püresi şəklində verilir.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр104 500. İkinci əlavə qida kimi uşağa nə verilir?
A) kefir
B) meyvə şirəsi
C) tərəvəz püresi
D) südlü sıyıq
E) düyü həlimi
İkinci əlavə qida uşağa 6 aylığından verilir. Bu zaman ikinci əlavə qida kimi südlü sıyıqdan istifadə olunur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 986 стр105 501. Süni qidalanan uşağa ana südünü əvəzedici kimi nə vermək olar?
A) meyvə şirəsi
B) tərəvəz püresi
C) südlü qarışıqlar
D) kefir
E) düyü həlimi
Südlü qarışıqların tərkibi ana südünə yaxınlaşdırılmış olur və uşaq orqamizminin tələbatını ödəyir.Ona görə də ana südü catışmadıqda südlü qarışıqlardan istifadə edilir.