578. Uşaqda bağırsaq keçməməzliyinə nə səbəb olur?
A) Enterebioz
B) Trixosefalyoz
C) Askaridoz
D) Lyamblioz
E) Eşerixioz
Uşaqda çox təsadüf edilən askarid qurdunun uzunluğu 20-25 sm qədər olur. Qurdun süfrəsi bağırsaq divarından qana keçir bədəndə miqrasiya edərək bir sıra ağırlaşmalar verə bilər. Bəzən də qurdun özü bağırsaqda yığılaraq bağırsaq keşməməzliyinə səbəb olur.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 586 579.Uşaqlarda sidiyin ümumi müayinəsi üçün hansı sidik götürülür?
A) Gecə sidiyi
B) İlk sidik
C) Sidiyin orta porsiyası
D) Sutkalıq sidik
E) Son sidik
Uşaqda sidik götürməzdən əvvəl çalışmaq lazımdır ki, götürülən sidiyə heç nə qarışmasın, sonra ilk sidik atılır, orta porsiya müayinə üçün götürülür.
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008”Bakı” səh 270