133. Bədən temperaturu 1 dərəcə artanda ürək döyüntüsü necə dəyişir?
A) 20 vurğu azalır
B) 10 vurğu azalır
C) 20 vurğu artır
D) 10 vurğu artır
E) Dəyişmir
Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008. 134. Spastik qəbizlik zamanı xəstəyə hansı imalə edilir?
A) Sifon
B) Adi təmizləyci
C) Yağlı
D) Hipertonik
E) Qidalandırıcı
İmalə üçün istifadə olunan yağlar qızdırılır və axşamdan düz bağırsağa yeridilir.Qızdırılmış yağ məhlulu həm spazmı aradan qaldırır,həm də eyni zamanda bərkimiş nəcisin xaric olmasını təmin edir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984