147. Mədənin yuyulmasına əks- göstəriş hansıdır?
A) Qida borusundan olan qanaxmalar
B) Alkoqolla zəhərlənmələr
C) Dərman zəhərlənmələri
D) Qida zəhərlənmələri
E) Mədə turşuluğunun artması
Mədə diaqnostika və müalicə məqsədilə yuyulur. Qida borusundan qanaxma zamanı zondun mexaniki təsirindən qanaxmanın daha da güclənəcəyinə görə bu zaman mədənin yuyulması əks-göstəriş sayılır.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ”
Bakı 1998.
148. Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir?
A) Zonddan mədə möhtəviyyatı xaric olur
B) Xəstə öyüyür
C) Xəstə hıçqırır
D) Zondla mədəyə maye yeridilir
E) Xəstə göyərir,narahat olur
Mədə zondlaması zamanı zondun düzgün yeridilməsi vacib şərtlərdəndir, çünki zond düz yeridilmədikdə mədəyə deyil, traxeyaya düşə bilər . Bu zaman xəstədə boğulma, öskürmə, göyərmə olur, belə hallar olduqda zond dərhal çıxarılıb, yenidən salınmalıdır.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “ Çıraq ” 2008
149. İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu hansı ağırlaşmanın baş verdiyini göstərir?
A) Anafilaktik şok
B) Tromboflebit
C) Sepsis
D) Sinir kötüklərinin zədələnməsi
E) Venaların zədələnməsi
Anafilaktik şok inyeksion ağırlaşmaların ən ağır formasıdır.Əsas əlamətləri: təngnəfəslik, arterial təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən- 30-40 dəqiqə ərzində baş verir, əsasən antibiotiklər, zərdablar yeridildikdə yaranır. Bu zaman dərhal dərmanın yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır.
Ədəbiyyat: C.N.Hacıyev : R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 162 . “ Təhsil ” Bakı 1998.
150. Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi) əsasən hansı dərmanın inyeksiya edilməsindən sonra müşahidə olunur?
A) Vaksinlər
B) Antibiotiklər
C) Narkotiklər
D) İnsulin
E) Vitaminlər
Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin inyeksiya olunan nahiyə spirtlə deyil su ilə silinməlidir.
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.160 . “ Təhsil ” Bakı 1998
151. Müayinə üçün əsnəkdən material götürərkən tibb bacısı aşağıda sadalananlardan hansını düz etmir?
A) Yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürür.
B) Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürür
C) Əsnəkdən yaxma götürərkən dili şpatellə tutub saxlayır
D) Əsnəkdən götürülən yaxma tez quruduğuna görə laboratoriyaya tez çatdırır
E) Yaxmanı xəstə ağzını dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra
götürür
Analiz üçün materialı əsnəkdən steril pambıq tamponla götürülür, bu zaman dili şpatellə tutub saxlayırlar; yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürülür. Yemək yeyən kimi və ya ağzı dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra yaxma götürmək olmaz, çünki bu analizin göstəricisini dəyişə bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.51 Bakı 2008.
Dostları ilə paylaş: |