Mikroblara görə ginekoloji yaxma qadın xəstəliklərinin diaqnostikası üçün əlverişli üsuldur



Yüklə 12,23 Kb.
tarix07.03.2023
ölçüsü12,23 Kb.
#86909
yaxma-WPS Office


Mikroblara görə ginekoloji yaxma — qadın xəstəliklərinin diaqnostikası üçün əlverişli üsuldur
Qadın reproduktiv sistemi xəstəliklərinin diaqnostikası üçün ginekoloji yaxmadan (rusca гинекологический мазок на флору) istifadə olunur. Bu mikrobioloji müayinə növü olub, sağlam qadınlar üçün normal sayılan şərti-patogen bakteriyaları və zöhrəvi xəstəliklərə səbəb olan mütləq-patogenləri aşkarlamağa kömək edir. Buna görə də, nəticələrin düzgün şərh edilməsi üçün mütəxəssisə müraciət etmək lazımdır.
Müayinəyə göstərişlər
İltihab və infeksiya əlamətləri — floraya görə ginekoloji yaxma məhz bunları göstərir. Buna görə də, onu xəstənin aşağıdakı şikayətləri zamanı təyin edirlər:
aralıq və vaginal nahiyədə (vulvada) qaşınma;
vaginadan selikli və ya irinli ifrazat;
ifrazatdan xoşagəlməz, məsələn, balıq qoxusunun gəlməsi.
İnfeksiyanın erkən aşkarlanması məqsədi ilə sağlam qadınlarada da floraya görə yaxma təyin olunur:
illik profilaktik müayinələrdə;
antimikrob müalicənin effektivliyini yoxlamaq üçün;
ginekoloji prosedura və əməliyyatlardan əvvəl, infeksiyanın qana və digər orqanlara düşməsinin qarşısını almaq üçün;
antibiotiklərin uzun müddət istifadəsi zamanı vaginozun və vaginal kandidozun qarşısını almaq üçün;
hamiləlik vaxtı.
Hamiləlik zamanı flora üçün yaxma üç dəfə götürülür: qadın məsləhətxanasında qeydiyyata durduğu zaman, 30 və 36-cı həftələrdə. Bu, doğuş zamanı uşağın infeksiya ilə yoluxmaması, həmçinin patogen mikrobların digər toxumalara keçməməsi üçün vacibdir.
Müayinəyə hazırlıq
Menstruasiya zamanı yaxma götürmək olmaz. Optimal vaxt – menstrual dövrün ortası, 10-20-ci günlər hesab olunur.
Yaxmanın götürülməsinə hazırlıq aşağıdakılardan ibarətdir:
müayinəyə 2 həftə qalmış antibiotik və ya göbələkəleyhinə preparatların qəbulunu dayandırmalı, əgər bu mümkün deyilsə — yaxmanı götürən zaman həkimi bu barədə məlumatlandırmalı;
3 gün cinsi əlaqədə olmamalı;
2 gün əvvəldən vaginal şamların, tabletlərin, krem və digər yerli təsirli müalicəvi vasitələrin istifadəsini dayandırmalı;
müayinədən əvvəl sprinsevasiya etməməli, sadəcə aralıq nahiyəsini ilıq su və sabun ilə yumaq olar.
Yaxmanın götürülmə qaydası
Qadılardan flora üçün yaxma sidik kanalından, cinsiyyət dodaqların içəri hissələrindən, vaginanın selikli qişasından və uşaqlıq boynundan götürülür. Həmçinin, mikroskopiya üçün matrealı uşaqlıq cisminin mənfəzindən (aprirasiya və ya qaşınma vaxtı) və yumurtalıqlardan (punksiya və ya əməlyat zamanı) götürmək olar. Bu materialllardan da yaxma hazırlanır.
Uşaqlıq boynundan ginekoloji yaxmanın götürülməsi
Sidik kanalı: alüminium telin üzərinə çox nazik tampon və ya birdəfəlik istifadə üçün bakterioloji ilgək istifadə olunur. Sidik kanalının xarici dəliyi bintdən hazırlanmış tamponla təmizlənilir. İlgək və ya tampon 1-2 sm dərinliyində sdik kanalına salınır, eyni zamanda yüngülcə yan və arxa divarları basılır. Götürülmüş materal əşya şüşəsinə yaxılır. O, mikroskopik və immunoflurosent analiz üçün istifadə olunur. Bakterioloji müayinə və ya Polimeraza Zəncirvari Reaksiya (PZR) aparmaq üçün tampon və ya ilgək qidalı mühitli sınaq şüşəsində yerləşdirilir.
Cinsiyyət dodaqları və uşaqlıq yolu dəhlizi: steril tampon istifadə olunur. Material iltihablaşmış hissədən götürülür. Dəhliz vəzilərinin absesi zamanı onu ilk öncə kəsib boşaltmaq, daha sonra götürülmüş materialı əşya şüşəsinə keçirmək lazımdır.
Uşaqlıq yolu: güzgülərin köməyi ilə uşaqlıq yolu və boynu açılır. Tampon iltihab görünən hissəyə və ya o olmadıqda vaginan arxa tağına yerləşdirilir. Material bərabər surətdə əşya şüşəsinə keçirilir, havada qurudulur, etanol ilə fiksasiya edilir (hər şüşəyə 2-3 damcı), markerlə işarələnir, qapalı konteynerə yerləşdirilib laboratoriyaya göndərilir. Bakterioloji müayinəyə ehtiyac olduqda, məsələn trixomoniaz zamanı, tampon sınaq şüşəsinə yerləşdirilir və dərhal laboranta göndərilir.
Uşaqlıq boynu: ilk öncə pambıq tampon vasitəsilə bakterioloji müayinə üçün material götürülür. Uşaqlıq boynu steril fizioloji məhlul ilə isladılır, tampon ehtiyatla servikal kanala salınır, daha sonra vaginanın divarlarına toxundurulmadan çıxarılır və steril sınaq şüşəsinə yerləşdirilir. Mikroskopiya, PZR və ya virusoloji analiz üçün yaxma götürdükdə xüsusi fırça istifadə edilir. Onu kultural müayinə üçün material götürdükdən sonra servikal kanala yerləşdirirlər. 1-2 sm dərinliyə salıb, fırçanı yumşaq şəkildə fırladırlar, sonra alınan material əşya şüşəsinə keçirilir.
Yaxmanın götürülməsi — tez, ağrısız və təhlükəsiz proseduradır.
Mikroskopik müayinə imkan verir:
xəstəlik ocağında hansı mikroorqanizmlərin və sayını əvvəlcədən müəyyən etməyə;
analiz üçün materialın texniki olaraq nə qədər düzgün alınmasını qiymətləndirməyə (məsələn, servikal kanalın yaxmasında vagina divarının hüceyrələri olmamalıdır);
qonokok, trixomoniaz, anaeroblar kimi əkilmək üçün xüsusi qidalı mühitlərə ehtiyacı olan bəzi mikroorqanizmləri əvvəlcədən aşkarlamağa.
Hətta adi mikroskop ilə ciddi anaerob bakteriyalar tapıla bilər. Onlar normal mikrofloranın bir hissəsidirlər, lakin böyük miqdarda yığıldıqları zaman bakterial vaginoza səbəb olurlar. Bu zaman yaxmada fuzobakteriyalar, bakteroidlər və qardnerellalar aşkarlanır.
Fakultativ anaeroblar görünüşcə oxşardır, lakin antibiotikə həssaslığına görə fərqlənirlər. Bu səbəbdən belə mikroblar tapıldıqda bakterioloji müayinə aparılır.
Beləliklə, yaxmanın mikroskopiyası bakterial vaginozun diaqnostikası üçün çox vacibdir. Həmçinin onun köməyilə menopauzadan sonra qadınlarda yaranan sitolitik vaginoz ve vaginal epitelin atrofiyası da aşkarlanır.
Yaxmanın mikroskopiyası bu xəstəliklərin diaqnostikası üçün lazımdır:
kandidozlu vulvovaginit;
qonoreya (uretra və servikal kanaldan yaxma);
trixomoniaz.
Analizin nəticəsində, həkim vaginal epitelinin vəziyyəti, iltihabın dərinliyi və mikrofloranın tərkibi barədə məlumat alır.
Mikroskopik müayinənin nəticələri
Mikroorqanizmlərlə çirklənmə dərəcəsini müəyyənləşdirmək üçün aşağıdakı kriteriyadan istifadə edilir:
görmə sahəsində 10-a yaxın mikrobun aşkarlandıqda — minimal(+);
11-100 hüceyrə — orta (++);
100-1000 hüceyrə — çox miqdarda (+++);
1000 hüceyrədən çox — massiv miqdarda (++++).
Həmçinin yaxmada hansı növ mikroorqanizmlərin olmasını aşkarlamaq üçün keyfiyyət analizi aparılır. Buna görə onu müxtəlif cür — Qramm və ya Romanovski-Gimza üsulları ilə rəngləyirlər. Xülasədə həkim aşkarlanan mikroorqanizmləri və onların sayını qeyd edir.
Vaginal mikrofloranın müayinəsi zamanı normal göstəricilər:
laktobakteriyalar — 107 – 109 KV/ml-ə qədər;
bifidobakteriyalar — 107-yə qədər;
korinebakteriyalar, streptokoklar — 105-ə qədər;
klostridium, propionibakteriyalar, mobilunkus, peptostreptokoklar, stafilokoklar, bakteriodilər, bağırsaq çöpləri, prevotellalar, kandida — 104-ə qədər;
Yaxmada xəstəliktörədici bakteriyalar aşkarlandıqda, onların növünü və antibiotkilərə qarşı həssaslığını təyin etmək lazımdır. Bunun üçün bakterioloji müayinədən istifadə olunur. Bu, qonoreyanın, trixomoniazın, xlamidiozun aşkarlanmasında əsas müayinə üsuludur.
Antibiotiklərə qarşı həssaslığı təyin etmək şərti-patogen mikroblar tərəfindən törədilən infeksiyalar zamanı daha çox vacibdir. Nəzərə almaq lazımdır ki, bəzən onlar çox az miqdarda olur və adi mikroskopiya zamanı tapılmaya bilərlər. Buna görə də yalnız bakterioloji müayinə belə mikrobları aşkarlamağa qadirdir.
Yaxma zamanı alınmış material analiz üçün xüsusi qidalı mühitdə əkilir, yəni bir müddət əlverişli şəraitdə saxlanılır. Belə mühitdə bakteriyalar çoxalmağa başlayır, sayları artır və onları identifikasiya etmək imkanı yaranır. Törədici patogen təyin edildikdən sonra, onun antibakterial dərmanlara qarşı həssaslığı yoxlanılır. Buna görə də analiz uzun müddət — bir həftəyə qədər vaxt aparır.
Bakterioloji müayinənin köməyi ilə patogen göbələkləri, bağırsaq çöplərini, stafilakokkları, streptokokkları, korinebakteriyaları, neyseriyaları, enterokokk və başqa mikrobları aşkarlamaq və düzgün müalicə təyin etmək mümkündür.
Bəzi patoloji hallar zamanı yaxmanın nəticələri
Nəticənin açıqlamasını mütəxəssisə etibar etmək lazımdır. Lakin, qadının özünün də cinsiyyət sisteminin vəziyyəti haqqında məlumat almaq hüququ var. Aşağıda müxtəlif ginekoloji xəstəliklər zamanı rast gəlinən xülaslərdən nümunələr verilib.
Bakterial vaginoz:
səthi epiteli hüceyrələri var, tez-tez "açar" hüceyrələr olur;
leykositlər normadadır;
mikrobların ümumi miqdarı – böyük və ya massivdir (109 KV/ml);
qardnerellalar və anaeroblar üstünlük təşkil edir, laktobatekriyalar yoxdur (105KV/ml-dən az);
havalı şəraitdə əkdikdə, mikroorqanizmlər bitmir və ya az miqdarda şərti-patogen flora olur, çünki anaeroblar havada məhv olur.
Kandidozlu vaginit:
epitel yalnız səthi deyil, zədələnmənin ağırlığından asılı olaraq ara və daha dərin qatlardan ola bilər;
görmə sahəsində leykositlər 10-dan 50-ə qədər və daha çox olur;
mikrobların ümumi sayı 108KV/ml-dən çox deyil, onlardan laktobakteriyalar 106 KV/ml-dan çoxdur;
maya göbələkləri 104KV/ml-dən çox aşkarlanır;
əgər göbələklər 104KV/ml-dən az tapılarsa – bu simptomsuz kandidoz daşıyıcılığı sayılır.
Kandidoz və vaginozun qarışması zamanı hər iki növün dəyişiklikləri eyni vaxtda rast gəlinir, lakin laktobakteriyalar anaeroblar və qardnerellalarla əvəz olunur.
Qeyri-spesifik vaginit:
böyük miqdarda səthi və ara, az hallarda parabazal epitel olur;
leykositlər görmə sahəsində 10-dan artıqdır;
mikrobların ümumi sayı ortadır;
bağırsaq çöpləri və ya qram-müsbət kokklar üstünlük təşkil edir;
laktobakteriyalar yoxdur və ya az saydadır.
Vaginal epitelial atrofiya (yaşlı qadınlar üçün norma):
epitel ara və parabazaldır, yəni səthi hüceyrələr itmiş olur;
leykositlər görmə sahəsində 10-a qədərdi;
mikroorqanizmlər, həmçinin laktobakteriyalar təyin edilmir və ya onların sayı çox azdır (104KV/ml qədər).
Cinsi infeksiyalarla yaranmış spesifik vaginitlərdə, yaxmada trixomonada, xlamidiya, qonokokklar və başqa törədicilər aşkarlanır. Qalan hallarda mənzərə qeyri-spesifik vaginitə uyğun olur.
Yüklə 12,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin