GİnofiT intim gigiyena üçün nəmləndirici vaginal gel



Yüklə 21,73 Kb.
Pdf görüntüsü
tarix25.03.2017
ölçüsü21,73 Kb.
#12636

İstifadəsi üzrə təlimat 

 

 



GİNOFİT     intim gigiyena üçün nəmləndirici vaginal gel 

GINOFIT 


 

 

Məhsulun təyinatı 

İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli qadın cinsiyyət orqanlarının selikli qişasını 

nəmləndirmək üçün nəzərdə tutulub. İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli nəmləndirici 

vasitə kimi yetkin yaşlı qadınlarda selikli qışaların quruluğunda, postmenstrual dövrdə, hovuzdan sonra, isti 

havada, cinsi əlaqədən qabaq intravaginal olaraq istifadə olunur. Gel selikli qişaları  nəmləndirir, rahatlıq 

hissi yaradır. Vaginal gel uşaqlıq yolu təbii sekretinin defisitini bərpa edir, uşaqlıq yolunun divarlarını örtür 

və nəmləndirir. 

Narahatlıq, quruluq hissini, yanmanı, gərginliyi, koitus və intravaginal müdaxilələr zamanı olan ağrıları 

aradan qaldırır. 

Uşaqlıq yolu sekretinin əmələ  gəlməsinin pozulması ilə müşayiət olunan, əlavə  nəmləndirmə  tələb edən 

vəziyyətlər: 

- təbii menopauza; 

- cərrahi menopauza (uşaqlıqda və yumurtalıqlarda cərrahi  əməliyyatlar, erkən yaşlı qadınlarda stress 

vəziyyəti); 

- bəzi dərman vasitələrinin istifadəsi (antihistaminlər, hipotenzivlər, antidepressantlar, oral kontraseptivlər, 

antihormonal preparatlar, sitostatiklər); 

- bəzi xəstəliklər (şəkərli diabet, Şeqren sindromu, anemiya); (döşlə əmizdirmə, menstrual tsiklin müəyyən 

günləri); 

- seksual pozğunluqların bəzi növləri (vaginizm); 

- prezervativlərin istifadəsi; 

- uşaqlıq yoluna alətlərin yeridilməsi ilə bağlı ginekoloji müdaxilələrin aparılması. 



 

Təsviri 

İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli eynicinsli rəngsiz qatı gelə bənzər qoxusuz və əlavə 

qatqısı olmayan mayedir. Gel sınan plomblu və applikator-ucluqlu polietilen tubun - mikroimalənin içinə 

yerləşdirilib. Mikroimalənin forma və ölçüsü nəmləndirici gelin uşaqlıq yolunun aşağı nahiyələrinə rahatlıqla 

və təhlükəsiz yeridilməsini təmin edir

.

 



 

Tərkibi 

Qliserin, demineralizə olunmuş su, propilenqlikol, hidroksietilsellüloza, levulin turşusu, p-anis turşusu, 

monohidrat limon turşusu, yüksək təmizlənmiş sodium hidroksid. 

Selikli qişaların effektli nəmləndirilməsi gelin balanslaşdırılmış təsiredici komponentlərinə əsaslanır. Qliserin 

və hidroksietilsellüloza əsaslı suda həll olan gel təbii seliyi əvəz edir, bərabər miqdarda yayılaraq uşaqlıq 

yolu divarlarını örtür və nəmləndirir. 

Dəri və selikli qişaların nəmləndirilməsi üçün istifadə olunan qliserin - yüksək hiqroskopik maddə olub, 

cinsiyyət yollarının selikli qişa epitelisində nəmliyi uzun müddət saxlamaq qabiliyyətinə malikdir. 

Hidroksietilsellüloza - müdafiə kolloidi əmələ  gətirərək, bürüyücü mühit yaradır və gelin təsir müddətinin 

uzanmasına səbəb olur. 

Propilenqlikol nəmliyi yaxşı saxlayır. 

Limon, p-anis, levulin turşuları və sodium hidroksid pH-ın tənzimləyicisi rolunu yerinə yetirirlər.  

Gelin tərkibində etil spirti yoxdur. Tərkibində  rəngləyicilər, konservantlar, aromatizatorlar, yağlar, 

spermisidlər, hormonlar yoxdur. 



 

Məhsulun istifadəsinə hazırlıq 

Gigiyenik su prosedurlarından sonra istifadəsi məsləhət görülür. 

Gel applikator ucluqlu xüsusi funksional-fizioloji formalı mikroimalə ilə uşaqlıq yoluna yeridilir. 

İstifadədən öncə mikroimaləni ehtiyatla birdəfəlik istifadə üçün möhürlənmiş polietilen qablaşdırmadan 

çıxarmaq lazımdır. 

 


 

 

 



1. Ucunu 

aşağı tutmaqla mikroimaləni çalxalayın. 

2. Ucluğu yuxarı qaldırıb plombu sındırın. 

3. Arxası üstə uzanın. Mikroimalənin applikatorunu uşaqlıq yoluna yeridin. 

4. Mikroimaləni sıxıb kütləsini uşaqlıq yoluna yeridin. 

 

Yumaq olmaz. 



Hər mikroimalə birdəfəlik istifadə üçün nəzərdə tutulub. 

İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” gelini ehtiyac olduqda gündəlik istifadə etmək olar. 



 

İstifadəsinə əks göstərişlər 

Gelin komponentlərinə qarşı

 

fərdi həssaslıq. 



Daxili cinsiyyət orqanlarının, uşaqlıq yolu və ya onun selikli qişasının zədələnmələri, o cümlədən doğuşdan 

sonrakı vəziyyətlər, infeksiyalar, yeni törəmələr. 

Məhsul cinsi yetkinlik yaşına çatmamış qızlar üçün nəzərdə tutulmur. 

 

Xüsusi göstərişlər və təhlükəsizlik qaydaları 

İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli yalnız intravaginal istifadə üçün nəzərdə tutulub. Cinsi 

əlaqədən və ginekoloji müayinələrdən öncə nəmləndirici  vasitə kimi istifadə oluna bilər. Latekslə uyğundur.  

Intim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” gelinin tərkibində spermisid komponentlər yoxdur, ona 

görə də onu hamiləlik əleyhinə vasitə kimi istifadə etmək olmaz. 

Geldən istifadə müddəti zamanı gündəlik bezlərdən istifadə etmək məsləhət görülür. 

Gel təsadüfən gözə düşərsə onu mütləq su ilə yumaq lazımdır. 

Fərdi qablaşdırmanın tamlığı pozularsa onun istifadəsi yol verilməzdir. 



 

Əlavə təsirləri 

İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” gelinin istifadəsi zamanı əlavə effektlər az təsadüf olunur. 

Gel selikli qişalarla təmasda olanda heç bir qıcıqlanma vermir. Allergik reaksiyalara meyilli olan şəxslərdə, 

selikli qişanın xarici qıcıqlandırıcılara qarşı yüksək həssaslığı olur, bu səbəbdən də xüsusən düzgün 

aparılmayan qulluq, gigiyenanın kifayət qədər olmaması və ya lokal kontraseptivlərin istifadəsi kimi hallar 

uşaqlıq yolu selikli qişasını  zədələndirir, müxtəlif hallarda gelin istifadəsi selikli qişanın qıcıqlanmasına 

səbəb olur. Belə hallarda gelin istifadəsini dayandırmaq, həmçinin təkrari istifadədən yayınmaq lazımdır. 

 

Komplektliyi və buraxılış forması 

Komplektin tərkibinə daxildir: İntim gigiyena üçün nəmləndirici vaginal “Ginofit” geli mikroimalədə 5ml 

olmaqla, fərdi steril polietilen qablaşdırmada, №6 və ya №12 olmaqla içlik vərəqə ilə birlikdə karton qutuya 

yerləşdirilir. 

 

Saxlanma şəraiti 

Mikroimalə 15-25°С temperaturda və havanın nisbi rütubətliyi 80%-dən yuxarı olmayaraq qızdırıcı 

cihazlardan 1m aralı məsafədə saxlanmalıdır. 

İstehsalçı saxlanma şəraiti və istifadə qaydalarına riayət olunarsa intim gigiyena üçün nəmləndirici vaginal 

“Ginofit” gelinin keyfiyyətinə zəmanət verir. 

Fərdi qablaşdırmanın tamlığı pozularsa onun istifadəsi yol verilməzdir. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Saxlanma müddəti 

36 aydır.  

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 


Aptekdən buraxılma şərti 

Reseptsiz. 

 

 

İstehsalçı 



«Medena AG» (Industriestrasse 16, CH-8910 Affoltern am Albis, İsveçrə) «Tentan AG» üçün (Brunnliweg 

16, CH-4433 Ramlinsburg, İsveçrə) 

 

                          Azərbaycanda rəsmi distribyutor 



                          «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

 Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 

Yüklə 21,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin