Bölmə Keys menecment təlimi Mövzu 1: Keys menecment təliminin təkamülü



Yüklə 38,86 Kb.
səhifə2/3
tarix30.09.2023
ölçüsü38,86 Kb.
#150904
1   2   3
Mövzu 1. Keys menecment təliminin təkamülü

Tənzimli qayğı və keys menecment müqayisəsi.
Tənzimli qayğı, keys menecmentdən fərqli olaraq geniş kütləyə xidmətlərin verilməsi və maliyyələşməsi üsulu və ya təcrübəsidir. Baxmayaraq ki, keys menecmentə aid olan bəzi anlayışlar burada da qarşımıza çıxır, hər iki yanaşmanın fərqli məqsəd və vəzifələri var. Tənzimli qayğı ilə bağlı fəaliyyətlərin əsasını lazımsız və ya bahalı xidmətlərin qarşısını alıb, xərcləri azaltmaq təşkil edir. Müraciətçiləri xidmətlərə qoşmağı diqqət mərkəzində saxlayan keys menecment, onlar üçün ən uyğun xərcli effektiv yardım əldə etməyə çalışır. Tənzimli qayğı proqramları xidmətlərin nə cür verilməsi ilə bağlı qərarları nəzərdən keçirir və müdaxilə edir, xidmətin nə formada olacağına, təminatçının kim olacağına təsir göstərir və ya onu məhdudlaşdırır və həmçinin ödənişi də qabaqcadan müəyyən edir.
ABŞ-da sağlamlığı qoruma təşkilatları, “xidmət nöqtəsi” planları, və üstün tutulan xidmətçi tənzimləmələri adlanan tənzimli qayğı sistemləri mövcuddur ki, bunlar həm də ölkənin tibbi xidmət sistemində də dominant mövqe tuturlar. Onlar həmçinin psixi sağlamlıq və zərərli maddə aludəçilərinə göstərilən xidmətlərin müəyyənləşdirilməsi üçün əsas üsuldur və sürətlə uşaqlar və ahıllar üçün ixtisaslaşmış xidmətlər göstərən özəl təşkilatların da ictimai təşkilatlarla müqaviləyə girmələrində əsas yola çevrilməkdədirlər. Tənzimli qayğıya adətən aşağıdakılar aid edilir: müəyyən bir xidməti göstərə bilmək üçün ilkin icazə şərti, müəyyən bir xidmətin növü və dərəcəsinə görə ilkin sənədləşmə, xidmətin birbaşa nəzərdən keçirilməsi və müraciətçiin reaksiyası, xidmətin nəzərdən keçirilməsi və yekunlaşdırmasının planlaşdırılma prosedurları, qiymət qoyma, xidmət paketləri, şəbəkə inkişafı, həmkar dəyərləndirməsi və kapitasiya ödəniş sistemi. (qeyd: kapitasiya – ABŞ-da tibb sahəsindəki xidmət göstərən insanların nə qədər ödəniş almalı olduğunu aydınlaşdıran sistem).
Keys menecerlərin hər növ tənzimli qayğı sistemləri ilə tanış olması vacib olsa da, müəllifin məqsədi bu barədə ətraflı məlumat vermək deyil. Ona görə də bu mövzü barədə bilik və bacarıqlarını genişləndirmək üçün aşağıdakılar yaxşı mənbə kimi məsləhət göstərilə bilər: Birenbaum, 1997; Cohen, 2003; Corcoran & Vandiver, 1996; Dziegielewski, 1998; Edinburg & Cottler, 1995; Franklin, 2002; Franklin & Lagana-Riordan, 2009; Gibelman, 2002; Jackson, 1995; Mizrahi, 1993; National Associa- tion of Social İşçis, 1993; Perloff, 1996; Schamess & Lightburn, 1998; Shera, 1996; Strom-Gottfried, 1996;Vandiver, 2008;Winegar, 1996; Zabora, 2009.
Keys menecment nə iş görür və hansı çərçivələrdə?
Bilavasitə təcrübə üzərində ixtisaslaşan sosial işçilər keys menecment işi aparır. Generalist xidmət göstərənlər - keys və qrup işçiləri müraciətçilərlə, öz istəklərinə uyğun strukturlaşdırılmış üsullarla, adətən həftəlik sessiyalarda bir neçə həftə və ya ay ərzində birbaşa seçdikləri nəzəri təcrübə modelindən istifadə edərək kömək etməyə çalışırlar.Lakin, maksimum formada – istər keys istərsə də qrup işi nəzdində - əksər sosial işçilər gərək öz ofislərindən çıxıb müraciətçilərinin yaşadığı sosial və ictimai mühitə nəzər alsınlar. Başqa sözlə desək, müraciətçilərə onların problemlərinin daha geniş bir sistemin parçası kimi baxaraq kömək etməli və ona uyğun çıxış yolu tapmalıdırlar. Generalist təcrübə, sosial iş təcrübəsinin ixtisaslaşmış üsulları və keys menecment arasındakı əsas fərqlər dərəcələrə görədir. Hər üçü də ətraflı qiymətləndirmələr aparır (psixo-sosial); hamısı qarşıya məqsədlər qoyur və müdaxilə planlarını inkişaf etdirir; və müraciətçiləri hədəflərinə çatdıqda işləri dayandırırlar.Keys menecerlər müraciətçilərin ehtiyaclarına cavab vermək üçün cəmiyyət resurslarından istifadə etməyi vurğulamağa meyllidirlər. Müdaxilə dedikdə müraciətçiləri agentliklərə, xidmət təşkilatlarına, hökumət qurumlarına, təhsil müəssisələrinə, ictimai təşkilatlara və onlara kömək edə biləcək lazımi insanlara yönləndirmək nəzərdə tutulur. Bu yönləndirmələrdən birinin ixtisaslaşdırılmış iş və ya qrup işi xidmətləri təklif edən təşkilatlarda olması yayılmış haldır. Müraciətçilərlə davam edən keys menecment əlaqələri adətən onların xidmət planı və icma əlaqələrinin fəaliyyət göstərdiyini və lazım gələrsə genişlənməkdə olduğunu əmin etmək üçün var.
Təəsüf ki, qurum-əsaslı keys işçiləri və qrup işçilərinin çox vaxt, kifayət qədər vaxtları olmur ki müraciətçilərə lazımi keys menecment xidmətlərini göstərsinlər. Onlar daha çox vaxt və təcrübəsi olan peşəkar keys menecerlərə arxalanır, birlikdə işləyərək müraciətçiləri icmadakı xidmətlərə yönəldirlər.
Keys menecment təlimləri və xidmətlərində sosial işin xeyli böyük yeri olsa da, həmin sahənin yeganə sahibi deyil. Geniş xidmətlər müəyyənləşdirə bilən və idarə edə bilən mütəxəssislərə duyulan ehtiyac olduqca çoxdur. Məsələn, tibb sahəsində işləyə bilən keys menecerlərə, tibb bacıları/qardaşları, peşə terapevtləri, müxtəlif tibb işçiləri (köməkçiləri) və pəhriz ekspertlərini nümunə çəkmək olar. (Cesta & Tahan, 2003) Peşəkarlar həmçinin hüquq sahəsində, xüsusən də hüquqi yardım göstərkən də keys menecer rolunda çıxış edə bilərlər. Əslində, psixiatriya və psixologiya bölməsi olan, yaxud evililik və ya ailə məsələləri üzrə məsləhətçisi olan istənilən təşkilat sosial işçi olmayan insanları da keys menecer kimi işə götürə bilər. Amerika Keys Menecment Cəmiyyətinə görə “keys menecerlər –insanların səmərəli və keyfiyyətli tibbi qayğı almaları və anlamaları üçün onları gücləndirmək məqsədi güdən,, keys koordonasiya komandasında yer alan peşəkarlar və iştirakçılardır. (Amerika Keys Menecment Cəmiyyəti, 2010)
Keys menecment təlimlərinin keçirilmə sferası?
Peşəkar sosial işçilər, sosial iş tədrisi olan təhsil müəssisələrində bakalavr və magistr dərəcələrində təhsil alarkən elə burada da keys meencment təlimi keçirlər. Keys menecment təlimi həmçinin tibb məktəblərində, eyni zamanda tibb sahəsiylə bağlı digər tədris müəssisələrində, sosial iş sahəsində kiçik və orta ixtisas təhsili proqramları, və sosial rifah, foster qayğı, cinayət hüququ, narkomaniyanın müalicəsi, ruhi xəstəliklər və ahıllarla işlə bağlı xidmətlərdə də yer alır. Minlərlə sosial xidmət işçisi keys menecment funksiyalarını superviziyanın və ya təhsil proqramlarının nəzdində öyrənir. Sosial İşçilər Assosiasiyasına görə sosial işçi:
1.Sosial İş Təhsili Şurası tərəfindən səlahiyyət verilmiş sosial iş proqramından bakalavr və ya məzun dərəcəsi alır və keys menecment fəaliyyətlərini yerinə yetirmək üçün lazım olan bilik, bacarıq və təcrübəyə yiyələnir.
2. Müraciətçinin maraqları hər zaman əsas tutaraq öz peşəkar bacarıqlarından və qabiliyyətlərindən ona xidmət üçün istifadə edir.
3. Müraciətçinin keys menecment təcrübəsində hərtərəfli iştirakını mümkün qədər çox olmasını təmin edir.
4. Müraciətçinin məxfilik hüququnu qorumağı və müraciətçinin razılığı olmadan başqalarına ötürməməyi təmin edir.
5. Müraciətçilə işləyərkən, müraciətçi və onların ailələrini birbaşa xidmətlərə yönləndirməyə çalışır.
6. Xidmət sistemlərində işləyərkən, mövcud keys menecment xidmətlərinə dəstək olmaq və lazımi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və gücləndirilməsinə çalışır.
7. Mövcud resurslar, xidmət xərcləri və büdcə parametrləriylə bağlı məlumatlı olur və bütün keys menecment funksiya və fəaliyyətlərində məsuliyyət daşıyır.
8.Həm keys menecmentin yer aldığı xidmət sistemində həm də keys menecerin özünün menecment xidmətlərinin düzgünlüyünü və təsirliyini monitorinq etməyi nəzərdə tutan qiymətləndirmə və dəyər ölçüsü vermək məqsədi güdən fəaliyyətlərdə iştirak etməli, əks təqdirdə bütün peşəkar məsuliyyəti boynuna götürməlidir.
9. Müraciətçi və sistem müdaxilələri ilə bağlı keys menecment tapşırıqlarının səmərəli şəkildə planlaşdırmaq, təmin etmək və qiymətləndirməsinə yarayacaq iş cədvəlinə sahib olmaq.
10. Həmkarlarına nəzakət və hörmətlə yanaşmalı və müraciətçinin adından peşə-ixtisas, interprofessional və idarələrarası əməkdaşlığı inkişaf etdirməyə çalışmalıdır.

Yüklə 38,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin