Bölmə Keys menecment təlimi Mövzu 1: Keys menecment təliminin təkamülü


Keys Menecment Milli Assosiasiyası



Yüklə 38,86 Kb.
səhifə3/3
tarix30.09.2023
ölçüsü38,86 Kb.
#150904
1   2   3
Mövzu 1. Keys menecment təliminin təkamülü

Keys Menecment Milli Assosiasiyası
(Sosial İşçilərin Milli Assosiasiyası, 1992)
Keys Menecment Milli Assosiasiyası (KMMA) 1990-cı ildə yaradıldı. Məqsədi keys menecerlər və digər icmaya dəstək verən peşəkarları, peşəkar inkişaf baxımından fürsətlər təqdim etmək idi. Təşkilat öz məqsədlərinə marifləndirici görüşlər, simpoziumlar və keys menecment prosesi ilə bağlı materialların yayılmasıyla nail olur. Təsdiqlənmiş Keys Menecerlərin Milli Akademiyası (TKMMA) isə daha tibbi qayğı yönümlü təşkilat olub, təsdiqlənmiş, standartlaşdırılmış imtahan vasitəsilə keys menecment funksiyalarının performansında uyğunluğu təmin etmək üçün yaradılıb. Amerika Keys Menecment Assosiasiyası (AKMA), tibb işçiləri və sosial içilərin ortaq assosiasiyası olub, xəstəxanalar və tibb sahəsində keys menecment təcrübəsindən istifadə olunmasının zəruruiliyi fikrini müdafiə edir. Amerika Keys Menecment İcması (AKMİ) 1995-də keys menecerlər üçün standartlar buraxdı. 2002-də və sonra 2010-da həmin standartlara yenidən baxıldı. Bunlar keys menecer kimi fəaliyyət göstərən istənilən növ peşədən olan insanların istifadə edə biləcəyi könüllü təlimatlardır. Sosial İşçilərin Milli Assosiasiyası (SİMA) 2010-dakı yenidən düzəlişlərdə iştirak etmişdi. Burada sağlamlıq sistemlərində parçalanma səviyyəsini minimuma endirmək, dəlillərə əsaslanan qiymətləndirmələrdən istifadə etmək, sistem və parametrlər arasındakı dəyişikliklərə nəzarət, qayğı planlaşdırmasında sahələrarası əməkdaşlığı genişləndirmək və müraciətçilərin təhlükəsizlik səviyyəsini artırmaq əsas yerdə dururdu.(baxınwww.cmsa.org/individual/membertoolkit/standards-of-Practice/tabid/ 69/default.aspx)
Keys menecment parəkəndə xidmətlərin birləşdirilməsinə, o cümlədən keyfiyyətli, qənaətbəxş və hesabatlı xidmətlərin təmin olunmasına xidmət edir. Keys Menecment Mərkəzində (KMM) keys menecment adminstratorları üçün təsdiqləmə və etimadnamə proqramı var ki, bu KMAS (Keys Menecment Adminstrator Sertifikatı) adlanır. Sertifikatı, Keys Menecment Sertifikatı Komisiyası (KMKSK) və Sosial İşçilərin Milli Assosiasiyası da təqdim edə bilər. SİMA iki səviyyədə – təsdiqlənmiş sosial işçi keys meneceri (TSİKM) və təsdiqlənmiş irəli səviyyəli sosial iş keys meneceri (TİSSİM) – formasında təqdim edə bilir. Keys menecmentin jurnalı üç aydan bir çıxan nəşrlərdir ki, bunlar, Keys menecment məsələləri və təcrübələri haqqında təqdimatlar üçün peşəkar forumlar təklif edir. Bəzi universitetlər də dövlət tərəfindən maliyyələşdirilən müxtəlif dövlət proqramlarında işə hazırlaşan şəxslər üçün məcburi bir idarəetmə komponenti olan "keys menecmentdə sertifikatlar" təqdim edirlər. Bu proqramlar- sosial iş, tibb və ya digər səhiyyə / insan xidməti peşələrində bakalavr və ya yüksək dərəcələrə malik olan şəxslər üçün mövcuddur. Keys menecment üzrə ixtisas dərəcəsi uzaqdan öyrənmə kursları və təcrübi öyrənmə vasitəsi ilə də mövcuddur. AKMA, Cənubi Kaliforniya Sosial İşlər Məktəbi/Sidar-Sinai Tibb Mərkəzi və Nyu-York Universiteti (NYU) Sosial İş/Langone Tibb Mərkəzi müvəqqəti olaraq sosial iş keys menecmentliyində yeni bir təqaüd elan etdi. Kaplan Davamlı Təhsil proqramında, sağlamlıq sahəsində çalışanlarlar üçün keys menecment sertifikatı təqdim edir.
Keys menecment müraciətçi qrupları
İstənilən müraciətçi qrupu keys menecment xidmətlərindən yararlana bilər. Hətta hazırkı sosial iş nəzəriyyəsinə görə keys menecment nəzəriyyəsi müraciətçiin xidməti müdaxilə planına daxildirsə, istənilən müraciətçi buradan faydalana bilər. Buna baxmayaraq, keys menecment bəzi müdaxilə sistəmlərinin əsas hissəsi, bəzilərində digər xidmət metodlarıyla bütövlük təşkil edir.
Uşaq xidmətləri və ictmai rifah, keys menecment tətbiqi üçün iki əsas sahədir. İstənilən dövlətin tərkibində keys menecmentdən istifadə edən bölmələr olur – ilkin müdaxilə proqramları, foster qayğı, uşaq müdafiə xidmətləri, sosial rifah, uşaq qayğısı, mənzil tapma, qida bölüşdürülməsi, iş tapmaq və peşə məşqləri. Bir çox keys menecerlər xroniki psixi problemləri olan şəxs, aludəçilər və veteranlarla iş aparırlar. Ədliyyə sahəsində isə keys menecment həbsxanalarda, xidmət evlərində və ya həbs üçün alternativ seçim təklif edən proqramlarda istifadə edilir. Psixi sağlamlıq məsələləriylə məşğul olan həm müsəssisələrdə, həm də icmalarda klinik iş və psixiatriya kimi digər birbaşa xidmət növlərini genişləndirmək üçün keys menecment heyətinə sahibdirlər. Psixi inkişaf geriliyi və ya autizm sindromuyla üzləşənlər, o cümlədən ahıllarla bağlı proqramlarla da ciddi dərəcədə keys menecment istifadəsinə yer verilir. Digər böyük sahə isə keys menecment üçün xəstəxana və ictimai səhiyyə təşkilatları kimi tibb mərkəzləridir.(Cesta & Tahan, 2003; Snowden, 2003).
Hətta keys menecerləri olmayan təşkilatlar belə tez-tez keys menecment proqramından istifadə etməli olurlar. Xüsusən ictimai psixi sağlamlıq və ailə xidmətlərində daha geniş qarşılaşırıq. Bu sahədə kliniki sosial işçilər özəl sektorda keys menecment xidmətləri həyata keçirmək üçün cəlb olunurlar. Məsələn, ahıllarla iş üzrə ixtisaslaşan sosial işçiləri ailələrə ev və ya ahıl qohumları üçün dəstək xidmətləri taparkən görə bilərsiniz, ya da əqli geriliklə bağlı sahədə işləyənlərin evsiz qalmış uşaqlar və yeniyetmələr üçün mənzil tapması üçün işə götürülmələrinə şahid ola bilərsiniz. Yeni yaranan tənzimli qayğı sistemində də keys menecer təbliğini həyata keçirmək üçün peşəkar sosial işçilərə yeni fürsətlər yaranır.
Yüklə 38,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin