Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Normada hamiləliklər arası fasilə ən azı neçə il olmalıdır?



Yüklə 1,41 Mb.
səhifə307/469
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#43499
1   ...   303   304   305   306   307   308   309   310   ...   469
2013-05-13 12-51-04

647) Normada hamiləliklər arası fasilə ən azı neçə il olmalıdır?
A) 5 il

B) 7il


C) 2 il

D) 6 ay


E) 1 il
Yeni doğmuş qadının orqanizmi çox zəifləyir, onun bərpası muəyyən vaxt aparır, hamiləlik arası fasilə 2 ildən az olduqda gələcək hamiləlik və doğuş ana və döl üçün bəzi ağırlaşmaya səbəb ola bilər.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 75
648) Kombinə edilmiş oral kontraseptivlərdən (həblərdən) istifadə edilməsininüstünlüklərinə nə aiddir?
A) Həblər çox səmərəlidir.

B) Cinsi əlaqəyə mane olmur.

C) Qadınlar üçün təhlukəsizdir.

D) Hamısı

E) İstədiyi vaxt qəbulu dayandırıla bilər.
Həb şəklində, qəbul olunan kontraseptivlərin təsir mexanizmi eynidir. 21 və 28 həbdən ibarət hormon tərkibli olur.
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 88
649) QM-na26.08.11 –cu ildə 28 yaşlı qadın qarnının aşağısında ağrı ,yüksək temperatur (38,5 t) və qanlı ifrazatın olması şikayəti ilə müraciət edir. Axırıncı aybaşı 10.06.11-ci ildə olub.D-1,A-2 Axırıncı abort 7 gün əvvəl olub (7-8 həftəlik). Daxili müayinədə xarici dəlik barmağın ucunu buraxır,ifrazat azacıq qanlı , ancaq iylidir ,uşaqlıq 6 həftəlik hamiləliyə uyğundur,ağrılıdır.Abortdan sonra hansı ağırlaşmadan söhbət gedir?
A) Süzənək

B) Qripp


C) Artımların iltihabı

D) Metroendometrit

E) Sepsis
Axırıncı abort 7 gün əvvəl olubsa (7-8 həftəlik), daxili müayinədə xarici dəlik barmağın ucunu buraxır,ifrazat azacıq qanlı ancaq iylidir, uşaqlıq 6 həftəlik hamiləliyə uyğun ,ağrılıdırsa və qadında 38,5 t. varsa deməli abort zamanı aseptika və antiseptikaya düzgün rəayət olunmayıb,ya da abortdan sonra qadın soyuqlayıb ,immuniteti aşağı düşüb və abortdan sonrakı dövr ağırlaşaraq qadının daxili cinsiyyət üzvlərinin iltihabına səbəb olub (metroendometritə) və mütləq antibakterial müalicə lazım gəlir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
650) QM-na 25.03. 09 –cu ildə 36 yaşlı qadın qarnının aşağı hissəsində ağırlıq və qarnının böyüməsi şikayəti ilə müraciət edir.Terapevt qadının qarnının palpasiyası zamanı şiş əllədiyi üçün ginekoloqa müraciət etməyi məsləhət görub.. D-2,A-2 A/T 140/90 , nəbz 70 v. Daxili müayinədə uşaqlıq normaldır, bərk konsistensiyaya malikdir,hərəkətli və ağrısızdır.Ancaq kicik çanaq şişəbənzər törəmə ilə tutulb, şişin yuxarı kənarı göbəyə çatıb. Hansı ginekoloji xəstəlikdən söhbət gedi?
A) Şişlər

B) Yumurtalığın kistası

C) Uşaqlığın miomosı

D) Retension kistalar

E) Qarın hamiləliyi
Terapevt qadının qarnının palpasiyası zamanı şiş əllədiyi üçün ginekoloqa müraciət etməyi məsləhət görubsə və daxili müayinədə şiş əllənirsə söhbət yumurtalığın kistasından ( xoş xassəli şişlərindən) gedir.Bu halda ginekoloji əməliyyat tələb olunur.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
651) FMM-inə 6.10.09-cu ildə 25 yaşlı qadın aybaşısının 9 həftə olmaması,qarnın aşağısında ağrı və azacıq qanlı ifrazatın gəlməsi şikayəti ilə müraciət edir. Axırıncı aybaşı iyulun axırında olub (dəqiq tarix bilmlr). D-1 (qanaxma olub,cift əllə ayrılıb və xaric edilib, antibiotik və uşaqlığı yığan dərmanlar təyin olunub).Daxili müayinədə uşaqlıq 6 həftəlik hamiləliyə uyğun olub, bərkdir. Arxa tağ gərgin, ağrılıdır. Söhbət nədən gedir?
A) Submukoz mioma

B) Uşaqlıqdan kənar hamiləlik

C) Aybaşı pozğunluğu

D) Hamiləlik

E) Endometrioz
Daxili müayinədə uşaqlıq 6 həftəlik hamiləliyə uyğun olub, bərk, hərəkətli və arxa tağ gərgin, ağrılıdırsa mama həkimin göstərişi əsasında punksiya üçün lazımi alətləri hazırlayır, arxa tağdan alınan tünd qan uşaqlıqdan kənar hamiləlik olduğunu göstərir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
652) Ginekologiya şöbəsinə 25 yaşlı qadın vulvanın qaşınması,iyli ifrazat,uşaqlıq yolunda cinsi əlaqə zamanı ağrı, sidik ifrazının ağrılı olması şikayəti ilə müraciət edir. D-1,A-2 (axırıncı abort 1ay əvvəl olunub). Özunu 1 həftədir xəstə hesab edir. Mama baxış zamanı vulvada və budun içəri səthində qaşınma izləri, uşaqlıq yolunun hiperemiyalı və ifrazatın ağ rəngli , kəsmiyə bənzər olduğunu görur.Belə qadınlar vaxtında müalicə olunmazsa hansı hallar baş verə bilər və aşağıdakılardan hansı bura aid deyil?
A) Dölun infeksiyalaşması

B) Yuxusuzluq,gərginlik

C) Cinsi partnyorun infeksiyalaşması

D) Xəstəliyin xroniki formaya keçidi

E) Xəstəliyin tez –tez residiv verməsi
Mama baxış zamanı vulvada və budun içəri səthində qaşınma izləri,uşaqlıq yolunun hiperemiyalı və ifrazatın ağ rəngli ,kəsmiyə bənzər olduğunu görursə deməli qadında kandidoz xəstəliyinin olmasını dəqiqləşdirmək üçün mütləq yaxma götürülməli ,müalicə müddətində cinsi əlaqədən çəkinməyi qadına başa salmalıdır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
653) Ginekologiya şöbəsinə 43 yaşlı qadın 8 gün davam edən uşaqlıq yolu qanaxması(növbəti aybaşı) ,baş gicəllənmə ,zəiflik,qulaqlarda küyün olması şikayəti ilə müraciət edir. D-3, A-2. 10 ildir hamilə qalmır. 3 iləvvəl8 həftəlik mioma diaqnozu ilə dispanser müayinəsinə götürülüb. Daxili müayinədə uşaqlıq 10-11 həftəyə uyğun, bərk , kənarları hamar , ifrazat çox, qanlıdır. Mama ilk növbədə nəyi hazırlamalıdır?
A) Arxa tağdan punksiyaüçün alətləri

B) Uşaqlığ boşluğunu qaşımaq üçün alətləri.

C) Histerosalpinqoqrafiya üçün alətləri

D) Qadını təcili USM müayinəsinə hazırlamalı

E) Laparoskopiya üçün alətləri
Daxili müayinədə uşaqlıq 10-11 həftəyə uyğun ,bərk konsistensiyalı ,kənarları hamar ,ifrazat çox qanlıdır və xəstənin vəziyyəti orta ağırlıqdadırsa, söhbət submukoz miomadan getdiyi üçün , mama həkim gələnə qədər ilk novbədə uşaqlığ boşluğunu qaşımaq üçün alətləri və xəstəni hazırlamalıdır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
654) Ginekoloji şöbəyə 27 yaşlı qadın qarnının aşağı hissəsində sancı şəkilli ağrı,azacıq qanlı ifrazat,və 5 həftə aybaşının gecikməsi şikayəti ilə müraciət edir.A/T 100/60 nəbz-100 v. Qarnı köplu, aşağı nahiyədə Şetkin-Blyumberq simptomu (+) dir. Uşaqlıqdan kənar hamiləliyi (boru abortu) təsdiqləmək üçün arxa tağın punksiyasında istifadə edilən alətlər dəstinə hansı alət aid deyil?
A) Uşaqlıq yolunu işləmək üçün kornsanq

B) Punksiya üçün uzun iynəli şpris

C) Uşaqlıq boynunu əhatə edən qaşığabənzər və qaldırıcı güzgülər

D) Uşaqlıq boynunu tutmaq üçün gülləvari sıxıcı

E) Kyuretkalar (qaşıqlar)
Uşaqlıqdan kənar hamiləliyi (boru abortu) punksiya edərək alınan tünd, laxtalanmayan qana əsasən təsdiqləmək mümkündür , çünki, boru abortu zamanı qan Duqlas cibinə toplanır. Kyuretkalar (qaşıqlar) isə özbaşına duşuklərdə və başqa qanaxmalarda uşaqlıq boşluğunu qaşımaq üçün istifadə edilir
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
655) 27 yaşlı qadını qarnının aşağı hissəsində sancı şəkilli ağrılar ,azacıq qanlı ifrazat və 5 həftə aybaşının gecikməsi narahat edir. A/T 100/60 nəbz-100 v. Qarnı köplu, aşağı nahiyədə Şetkin-Blyumberq simptomu (+) dir.Bu zaman mamanın taktikasına nə aid deyil?
A) Transportirovka horizontal vəziyyətdə olmalı

B) Qarnın aşağısınabuz (soyuq) qoymalı

C) Arxa tağdan punksiya etmək

D) Təcili ginekologiya şöbəsinə(təcili yardım maşını ilə) hospitəlizə etməli

E) Xəstəni xərəyə başı aşağı olmaqla uzatmalı
Bu zaman mamanın taktikasına arxa tağdan punksiya etmək aid olmasa da, stasionar şəraitində punksiya üçün alətlər dəstinin hazırlanması aiddir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
656) Qadin iş yerində iti əşya uzərinə yıxılıb.Vəziyyəti orta ağırlıqdadır, A/T 100/60, nəbzi-90 v.Obyektiv olaraq qasıq , böyuk cinsiyyət dodaqlarında hematoma və cırılmış yara var. Mamanın taktikasına nə aid deyil?
A) «Т» şəkilli aseptik sarğı qoymaq

B) Hematoma nahiyəsinə (sarğının üzərindən)soyuq qoymaq

C) Yaranın ilkin işlənməsi

D) Təcili hospitalizasiy(ginekologiya şöbəsinə)

E) Yaranın 2-cili işlənməsi,tetanus əleyhinə vaksina vurmaq
Ginekologiya şöbəsinə xaici cinsiyyət üzvlərinin travması ilə qəbul olunan qadınlarda travmanın xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq yaranın 2-cili işlənməsi və tetanus əleyhinə vaksinasiya aparılmalidır (xususi orqanlara xəbərdarlıq edilmək şərti ilə.)
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
657) QM-na 32 yaşlı qadın ilk dəfə olaraq, 7 illik ailə həyatında requlyar cinsi həyatında heç bir kontraseptivlərdən istifadə etməməsinə baxmayaraq hamiləlik baş verməməsi şikayəti ilə müraciət edir.Əri yoxlanılıb, patologiya yoxdur.1-cili sonsuzluğun baş verməsinə hansı əiamətlər aid ola bilər?
A) Dar uşaqlıq yolu

B) İnfantil uşaqlıq

C) Sadalananların hamısı

D) Dar ,uzun uşaqlıq boynu

E) Uşaqlığın kəskin anteflexio-versio vəziyyəti
Aybaşının gec-gec, ağrılı, az olması, aybaşı urəkbulanma və qusma ilə də müşayiət olunarsa və daxili müayinədə sadalananların hamısının təyin edilməsi 1-cili sonsuzluğun səbəbi ola bilər. Mütləq belə qadınlar xüsusi muayinə və müalicə kursu

keçməlidirlər.


Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
658) FMM-nə 65 yaşlı qadın son 2 həftə ərzində defekasiya zamanı və güc verdikdə cinsiyyət yarığından yumşaq,yumru törəmənin xaric olmasışikayəti ilə müraciət edir.Qadının narahatlığına nə səbəb ola bilər?
A) Uşaqlıq yolunun ön divarının sallanması

B) Uşaqlığın tam sallanması

C) Uşaqlıq yolunun arxa divarının sallanması

D) Uşaqlığın natamam duşməsi

E) Sidik kisəsinin düşməsi
Yaşlı qadınlarda uşaqlığın natamam duşməsi yaşla əlaqədar olaraq cinsiyyət üzvlərinin toxumalarında baş verən dəyişiklikdən, vaxtı ilə keçirmiş doğuşların sayından (patoloji doğuşlardan), requlyar fiziki işlə məşğul olmasından asılı olaraq baş verir
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
659) QM-na 25 yaşlı qadın sidik ifrazının ağrılı , yandırıcı və iyli ifrazatin olması şikayəti ilə müraciət edir (yoldaşında da eyni şikayət var). Obyektiv olaraq uretra nahiyəsində ödem və hiperemiya, uşaqlıq yolu tərəfdən palpasiya etdikdə ağrılı olub sarımtıl irinli ifrazat xaric olur. Mama hansı xəstəlikdən şübhələnməli və ilk növbədə nə etməlidir?
A) Sistit, sidiyin analizi

B) Süzənəkli uretrit, yaxma götürmək

C) Vasserman reaksiyasının təyini

D) Süzənək ,yaxmanın qidalı mühitdə əkilməsi

E) Provokasiya usullarının tətbiqi
Xəstənin şikayətinə və obyektiv müayinəyə əsasən suzənəkli uretritdən şübhələnməyə əsas olduğu üçün mama ilk növbədə sidik kanalından ,uşaqlıq boynu kanalından və düz bağırsaqdan yaxma göturməlidir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
660) Ginekoloji şöbəyə24 yaşlı qadın doğuşdan 2 ay sonra uşaqlıq yolundan coxlu ifrazatın gəlməsi şikayəti ilə muraciət edir.Güzgulərlə muayinədə uşaqlıq boynu böyümüş,toxunduqda qanayır.Sohbət nədən gedir?
A) Kolpit

B) Uşaqlıq boynunun eroziyası

C) İnfeksiyalaşmış servisit

D) Uşaqlıq boynunun deformasiyası

E) Metroendometrit
Doğuşdan 2 ay sonra uşaqlıq yolundan çoxlu ifrazatın gəlməsi, güzgulərlə muayinədə uşaqlıq boynunun böyümüş olması ,toxunduqda qanaması,cox guman ki, uşaqlıq boynunda cox böyük olmayan cırıq,yaxud tikiş yerinin tam sağalmaması onun deformasiyasına (eroziyalı ektropion) və ya uşaqlıq boynunun çevrilməsinə səbəb ola bilər
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   469




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin