Bölmə 3. Pediatriya-neonatologiya
661) İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?
A) Anemiya ilə
B) Cinsi krizlə
C) Hipoksiya ilə
D) Hiperbilirubinemiya ilə
E) Hipertermiya ilə
Uşaq doğulan andan cift qan dövranı kəsilərkən ağ ciyər tənəffüsü başlayır. Cıft qan dövranı kəsildikdən sonra qanda O2 azalır və karbon qazının artıq miqdarda toplanması nəticəsində tənəffüs mərkəzi qıcıqlanır və uşaq ilk dəfə nəfəs alır. Beləliklə, uşağın ilk qışqırıq mexanizmi hipoksiya ilə əlaqədar olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 30.
662) Anadan gəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?
A) Məxmərək
B) Sifilis
C) Listerioz
D) Qızılca
E) Toksoplazmoz
Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiyalardan biri də məxmərəkdir. Məxmərəklə xəstə olan hamilə qadından virus plasentaya daxil olub orada çoxalır və dölü yoluxdurur. Anadangəlmə məxmərək uşaqda anadangəlmə ürək qüsurunun əmələ gəlməsinə səbəb olur.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380
Dostları ilə paylaş: |