696) Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?
A) Per oral (ağızdan)
B) Əzələ daxili
C) Dəri içi
D) Dərialtı
E) Vena daxilinə
Cansız vaksinlər təhlükəsizlik qaydalarına riayət etməklə əzələ daxili yeridilir.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul (Metodik göstərişlər) səh7-8
697) Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur?
A) Ürəkbulanma, qusma
B) Diareya
C) 2 gün ərzində hərarət yüksəlir, inyeksiya nahiyəsində ağrı və şişkinlik ola bilər
D) İnyeksiya yerində abses
E) 3 gündən sonra hərarət yüksəlir
Adətən cansız vaksinlər yeridildikdən sonra yüngül postvaksinal reaksiya müşahidə olunur: 2 gün ərzində hərarət yüksəlir. inyeksiya yerində ağrı və şişkinlik ola bilər.
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh8-9
Dostları ilə paylaş: |