713) Fimoz nədir?
A) Pülük dəliyinin daralması
B) Sidik ifrazat kanalının sıxılması
C) Sdikliyin şişi
D) Pülük dəliyinin iltihabı
E) Pülük dəliyinin əzilməsi
Pülük dəliyi o qədər daralır ki, cinsiyyət orqanının oradan çıxması çətinləşir. Bu isə sidik buraxmanı çətinləşdirir. Bu zaman sidikburaxma ağrılı və şətin olur, uşaq narahat olur. Belə vəziyyət fimoz adlanır.
Ədəbiyyat: Ə.Əlizadə “Uşaq cərrahiyyəsi” 1996.səh 85
714) Yenidoğulmuşlarda sepsisin əmələ gəlmə səbəbi hansıdır?
A) Yenidoğulmuşun qovuqcuqlu xəstəliyi
B) Bişməcə
C) Sklerema
D) Allergik dermatit
E) Hemangioma
Yenidoğulmuşlarda dəri və selikli qişalar tez zədələnən olur. Dəriyə düzgün qulluq edilmədikdə,dərinin tamlığı pozulduqda dəri infeksiyalaşır,dərinin qovuqcuqlu xəstəliyi,bunun nəticəsində sepsis baş verir.
Ədəbiyyat: Л.A.Исaеvа,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 230
Dostları ilə paylaş: |