711) Uşaq praktikasında ən çox istifadə olunan hərarət salıcı dərman hansıdır?
A) Parasitamol
B) Baralgin
C) Pipolfen
D) Analgin
E) Dimedrol
Əgər uşaqda bədən temperaturu 39 0-ni keçərsə bu hipertermiya adlanır. Uşaq orqanizmində müxtəlif dəyişikliklər baş verir. Uşaq praktikasında hərarəti salmaq üçün ən çox parasitamol istifadə edilir.
Ədəbiyyat: Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 422
712) Yenidoğulmuşlar üçün hansı zonddan isitfadə olunur?
A) 17 f -18 f
B) 16 f -17 f
C) 12 f -13 f
D) 5 f -8 f
E) 14 f -15 f
Yenidoğulmuşlarda mədəni udulmuş dölyanı sudan təmizləmək üçün mədə zondundan istifadə olunur. Zondun uzunluğu ağız boşluğunda qulağın sırğalığına qədər və xəncərbənzər çıxıntıdan 1 – 1,5 sm aşağı götürülür. Normativə görə bu zondun ölçüsü yenidoğulmuşlarda 5 f- 8 f götürülür.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. Bakı 2007 Səh 30.
Dostları ilə paylaş: |