928) Təxirəsalınmaz əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?
A) Əməliyyatdan olunan gün
B) İmalə olunmur
C) Səhər, əməliyyat olunan gün
D) Əməliyyatdan 6 saat əvvəl
E) Əməliyyatdan 2 saat əvvəl
Təxirəsalınmaz əməliyyat zamanı aparılan hər bir prosedura vaxtın uzanmasına, bu da xəstənin hər an vəziyyətinin pisləşməsinə və ölümünə səbəb olduğu üçün heç bir prosedura aparılmır. Həmçinin təmizləyici imalə.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
929) Planlı əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?
A) Dərinin silinməsi və ağların dəyişdirilməsi
B) İmalə və əməliyyat sahəsinin işlənməsi
C) Hissəvi sanitar təmizlənmə
D) Tam sanitar işlənmə
E) Sanitar təmizlənmə aparılmır
Planlı əməliyyatdan əvvəl xəstə cərrahi şöbədə bir neçə gün müayinə olunduğu və əməliyyata hazırlandığı üçün aseptika qaydalarına tamamilə riayət olunur və tam sanitar işlənmə apaılır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
930) Fövqəladə əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?
A) Dərinin silinməsi və ağların dəyişdirilməsi
B) Bağırsaqların və sidik kisəsinin boşaldılması
C) Sanitar işlənmə aparılmır
D) Hissəvi sanitar işlənmə
E) Tam sanitar işlənmə
Fövqəladə(təcili təxirəsalınmaz) əməliyyat o deməkdir ki, əməliyyatın bir neçə dəqiqə gecikməsi belə ölümə səbəb olur. Bunu nəzərə alıb heç bir sanitar işlənmə aparılmır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Dostları ilə paylaş: |