Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Hamilə qadının arterial təzyiqini (A/T) hansı vəziyyətdə ölçmək lazımdır?



Yüklə 1,41 Mb.
səhifə205/469
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#43499
1   ...   201   202   203   204   205   206   207   208   ...   469
2013-05-13 12-51-04

437) Hamilə qadının arterial təzyiqini (A/T) hansı vəziyyətdə ölçmək lazımdır?

1. Oturaq vəziyyətdə

2. Arxası üstə uzanmış

3. Kürəyi ilə yastığa söykənmiş və bir qədər sola meyilli uzanmış

4. Kürəyi ilə yastığa söykənmiş və bir qədər sağa meyilli uzanmış

5. Ayaq üstündə
A) 4,5

B) 1,3


C) 2,4

D) 3,4


E) 2,5
Hamilə qadının arterial təzyiqinin dəqiq ölçülməsi üçün ona oturaq vəziyyət, yaxud kürəyi ilə yastığa söykənmiş və bir qədər sola meyilli uzanmış vəziyyət təklif etmək lazımdır.
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
438) Hansı qadınlarda doğuşdan sonrakı qanaxmanın profilaktikasını aparmaq vacibdir?
A) Bütün doğan qadınlarda

B) Risk faktoru vaxtında aşkar edilmiş qadınlarda

C) Doğuşa qədər anemiyadan müalicə almış qadınlarda

D) Risk qrupuna daxil olan qadınlarda (doğuşun 2-ci dövründə dirsək venasının kateterizasiyası)

E) Risk qrupuna daxil olmayan hamilə qadınlarda
Qadın məsləhətxanasına növbəti gəlişlərin hər birində risk qrupuna daxil olmayan hamilə qadınların ümumi fiziki və psixoloji durumu qiymətləndirilir. Bütün qadınlarda isə doğuşun 3-cü dövrü aktiv aparılmaqla qanaxmanın profilaktikası aparılır.
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
439) Qadın məsləhətxanasına II-ci gəliş zamanı - hamiləliyin18-20 ci həftəsindəhansı müayinə aparılmır?
A) Arterial təzyiqin (A/T), nəbzin təyini

B) Uşaqlıq dibinin hündürlüyünün ölçülməsi (qravidoqramma)

C) Sidiyin ümumi analizi (proteinuriya,bakteriuriya)

D) Uşaqlıq yolu yaxmasının mikroskopik müayinəsi

E) Ultra səs müayinəsi (USM)
Uşaqlıq yolu yaxmasının mikroskopik müayinəsi hamiləliyin 12- ci həftəsinə kimi qadın məsləhətxanasna ilk qeydiyyata götürülən zaman digər müayinələrlə birgə təyin edilir.
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
440) Rezus- mənfi olan hamilə qadınlara antirezus immunoqlobulin neçənci həftədə təyin edilir?
A) 38-40- cı həftədə

B) 26-28ci həftədə

C) 12-ci həftədə

D) 30-32 ci həftədə

E) 18-20ci həftədə
Qadın məsləhətxanasına III gəlişdə- hamiləliyin 26-28 -ci həftəsində antirezus immunoqlobulin rezus- mənfi immunizasiya olmamış hamilə qadına yeridilir .
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   469




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin