426) Hamiləlik zamanı ana ilə əlaqəli risk faktorlarına nə aid deyil?
A) Əvvəlki hamiləlikdə preeklampsiya
B) Yaşı 35-dən artıq
C) Ailə anamnezində preeklampsiya
D) Ağciyərlərin ventilyasiya pozğunluğu
E) Yaşı 20-dən az
Hamiləlik zamanı ana ilə əlaqəli risk faktorlarına ağciyərlərin ventilyasiya pozğunluğu aid deyil,çünki ,bu ağır preeklampsiyanın və eklampsiyanın mümkun olan fəsadı sayılır.
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009 səh 8-10
427) Ağır preeklampsiyanın və eklampsiyanın müalicəsində hansı dərmanın seçimi məsləhət görülür?
A) Kalsium -qlükonat
B) Papaverin hidroxlorid
C) Maqnezium- sulfat
D) Trental
E) Maqne B- 6
Maqnezium- sulfat ağır preeklampsiya və eklampsiyanın müaliçəsində seçim dərman vasitəsidir,o,antikonvulsant olmasa da , olduqca güclü beyin vazodilatatorudur və beyin
damarlarının sıxılmasının qarşısını tamamilə alır.
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009 səh 16
428) Hamiləliyin fizioloji gedişi zamanı qadın tibb müəssisəsinə neçə dəfə gəlməlidir?
A) 1 dəfə
B) Həftədə 1 dəfə
C) Ayda 1 dəfə
D) 2 dəfə
E) 7 dəfə
Hamiləliyin fizioloji gedişi zamanı qadının tibb müəssisəsinə 7 gəlişi (12 həftəyə qədər,18-20 -ci , 26-28 ci , 30-32 ci, 34-36 cı, 38-ci və 40 -cı həftələrdə ) tövsiyə olunur
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə üzrə klinik protokol.Bakı 2009
429) Erkən hamiləlik zamanı baş verən qanaxmalara aşağıdakılardan hansı aid deyil?
A) Beçəxor
B) Cift gəlişləri
C) Uğursuz nəticələnmiş abort
D) Spontan abort
E) Uşaqlıqdankənar hamiləlik
Cift gəlişləri-ciftin anormal yerləşməsi və bitişməsi,uşaqlığın daxili dəliyindən bir qədər hündürdə və ya gələcək hissədən öndə yerləşməsidir.
Ədəbiyyat: Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol.Bakı-2009.səh 15
Dostları ilə paylaş: |