Bölmə Mamalıq 1 Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?


) Sümük sistemində təsadüf olunan anadangəlmə inkişaf qüsurlarına nə daxil deyil?



Yüklə 1,41 Mb.
səhifə209/469
tarix02.01.2022
ölçüsü1,41 Mb.
#43499
1   ...   205   206   207   208   209   210   211   212   ...   469
2013-05-13 12-51-04

446) Sümük sistemində təsadüf olunan anadangəlmə inkişaf qüsurlarına nə daxil deyil?
A) Kriptorxizm

B) Ətrafların olmaması (ameliya)

C) Ətrafların hissəvi olmaması (hemimeliya)

D) Barmaqların bitişməsi (sindaktiliya)

E) Pəncənin olmaması (sirena)
Kriptorxizm-yumurtanın xayalığa düşməməsidir. Bu halda yumurta qarın boşluğunda və ya qasıq kanalında olur.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh282
447) 21.09.10-cu ildə QM-na 30 yaşlı qadın aybaşının olmaması,ümumi zəiflik,37,6 temperatura, sarılıq,sağ qabırğaaltı nahiyədə ağrı və sidiyin tünd rəngdə olması şikayəti ilə müraciət edir.Axırıncı aybaşısı 10.06.10-cu ildə olub. Düzgün bədən qurluşlu, A/T - 120/70 ,nəbz- 70 vurğu , dəri və görünən selikli qişaları sarımtıl, qarnı yumşaq ,sağ qabırğaaltı nahiyyədə ağrılı , qara ciyəri qabırğa qövsündən 4-sm aşağıda əllənir, nəcisi rəngsizdir.,3-cü hamiləlikdir, D-1, A-1.Dax.müayinədə uşaqlıq 11-12 həftəyə uyğun,yumşaqdir Qadın hansı xəstəliklə risk qrupuna daxil edilir?
A) Pielonefrit

B) Hipertoniya

C) Nefropatiya

D) Malyariya

E) Viruslu hepatit
Belə hamiləlik ana və döl üçün təhlukə yaradır.Mütləq hospitalizə olunmalıdır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
448) Doğum evinə 3.06.10-cu ildə33 yaşlı hamilə qadın sancılarla daxil olur.Axırıncı aybaşı 17.09.09-cu ildə olub. Ümumi vəziyyəti kafidir,A/T- 120/80 , nəbz-74 v. QM.-da qeydiyyatdadır, psixoprofilaktika aparılıb. Hamiləliyin 1-ci yarısının toksikozu,2-ci yarısında aşağı ətraflarda azacıq ödem olub. Qarnı oval formada ,döl boylama vəziyyətdə ,baş gəlişidir, dölyanı maye axmayıb,canağın ölçüləri26-30-33-20. Dölün təxmini çəkisi-3400 qr.D-1 ,A-1 (uşaqlıq boşluğu 2 dəfə qaşınıb, abortdan sonra iltihabi proses keçirib). Daxili müayindəuşaqlıq boynu tam açıqdır, su kisəsi süni açıiır ,1,5 litr təmiz dölyanı maye axır,döi doğulduqdan sonra isə 2 litr arxa sular xaric olur.Qanaxma başlayır , vena daxilinə 5%- li qlyukoza ilə metilerqometrin yeridilir. Cift xaric olmayıb. Doğuş zamanı qanaxmanın səbəbi nə ola bilər?
A) Ciftin tam bitişməsi

B) Ciftin hissəvi ayrılması

C) Çox döllülük

D) Döl köndələn vəziyətdədir

E) Çoxsululuq
Dax. müayinədə-uşaqlıq boynu tam açıqdırsa , su kisəsi süni açıiır və 1,5 litr təmiz dölyanı maye əvvəl ,döl doğulduqdan sonra da 2 litr arxa sular xaric olursa vena daxilinə 5% li qlyükoza ilə metilerqometrin yeridilir , çünki çift xaric olmadığı üçün qanaxmanın dayanmamasına səbəb ciftin hissəvi ayrılması ola bilər . Bu zaman ciftin uşaqlıq boşluğundan əllə xaric edilməsi və qanaxmanın dayandırılması üçün mamanın həkimin yardımına ehtiyacı olur.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
449) Doğum evinə 1.10.11-ci ildə 24 yaşlı hamilə qadın doğum sancıları və dölyanı mayenin axması şikayəti ilə daxil olub.Axırıncı aybaşısı1-ci ayın əvvəlində olub. A-1, dölun ilk tərpənməsini iyunun ortasında hiss edib, qarnı oval formadadır,döl boylama vəziyyətdədir, gələcək hissə iri,yumşaq ,sağrıdır.Dölun ürək döyünməsi pis eşidilir. A/T 120/80 , nəbz 100 v, t-37,6-dır. Çanağın ölçüləri 25-28-30-20. Solovyev ind.-14 sm-dir. Daxili müayinədə uşaqlıq boynu 2 sm açıqdır, su kisəsi yoxdur, çirkli, mekonium qarışıq dölyanı maye axır,daxili dəlik nahiyəsində yumşaq hissə əllənir. Mamanın taktikası nədən ibarətdir?
A) Doğuşu aktiv , ancaq tələsmədən təbii yolla idarə etməli

B) Hipoksiyaya və qanaxmaya qarşı profilaktika aparmalı,

C) 2-ci dövru Sovyanov üsulu ilə idarə etmək

D) Doğuşu aktiv,doğum fəaliyyətinə və dölun urək döyünməsinə ciddi nəzarətlə aparmalı

E) Əməliyyat olunmalı
Doğan qadının temperaturasının 37,6 olması və doğuş zamanı endometritin başlanması bir cox ağırlaşmaya (sancı və guc zəifliyinə, dölun hipoksiyasına və onun infeksiyasına, hipotonik qanaxmaya, zahılıq dövrunun septiki xəstəliklərinə) səbəb ola bilər Ona görə də butun bunlar, nəzərə alaraq ana və döl üçün təhlukəni aradan qaldırmaq məqsədi ilə Keysəriyyə əməliyyatı aparılır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
450) Doğum evinə20.12.10 –cu ildə 35 yaşlı təkrari hamilə qadın ardıcıl doğum sancıları ilə daxil olur.Axırıncı aybaşı 17.03.10-cu ildə olub. QM-da olmayıb.Pəhriz saxlamayıb.Aşağı ətraflarında azacıq şişkinlik var.A/T 110/70 ,nəbz-68 v. Qarnı oval formadadır,döl boylama vəziyyətdədir, baş çanaq girəcəyinə söykənib, dölün təxmini çəkisi 4000-4200 qr. Urək döyünməsi yaxşı eşidilir.Vasten əlaməti zəif müsbətdir. Çanağın ölçüləri normaldır. Daxili müayinə-uşaqlıq boynu qısalıb,1sm açıqlıq var,su kisəsi yoxdur,gələcək hissə çox yuxarıdadır.Söhbət nədən gedir və mamanın taktikası nədən ibarət olmalıdır?
A) Doğum zəifliyi,profilaktik tədbir

B) Anatomik dar çanaq

C) Klinik dar canaq,əməliyyat üçün həkim çağırmaq

D) İri döl,güc zəifliyi,doğuşu idarə etmək

E) Çox döllülük,su kisəsini süni açmaq
Daxili müayinə-uşaqlıq boynu qısalıb,1sm açıqlıq var,su kisəsi yoxdur,gələcək hissə çox yuxarıdadır ,Vasten əlaməti zəif müsbətdir,döl iri və dölyanı mayedə axmışsa ,anaya diri uşaq vermək üçün mama söhbətin klinik dar çanaqdan getdiyini başa düşür ( yəni başla çanaq arasında uyğunsuzluq və doğuş təbii doğum yolu ilə mumkun deyil) əməliyyatın vacib oimasını anaya başa salır və həkim çağırır.Əməliyyat qərarını isə mama deyil həkim verir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
451) Doğum evinə 3.01.11-ci ildə 28 yaşlı hamilə qadın qanaxma ilə daxil olur. Axırıncı aybaşısı 8 ay əvvəl olub (dəqiq tarix bilmir).Çanaq girəcəyi uzərində gələcək hissə təyin edilmir, baş soldadır. Dölun urək döyunməsi zəif eşidilir Daxili müayinədə uşaqlıq boynu 1 barmağı buraxır, ifrazat qanlıdır. Söhbət nədən gedir.?
A) Köndələn vəziyyət, normal ciftin vaxtından qabaq ayrılması

B) Köndələn vəziyyət, patoloji cift gəlişi

C) Yarımçıq doğuş təhlukəsi

D) Ciftin hissəvi ayrılması

E) Uşaqlığın cırılma təhlukəsi
Çanaq girəcəyi uzərində gələcək hissə təyin edilmir, baş soldadır. Dölun urək döyunməsi zəif eşidilir Daxili müayinədə uşaqlıq boynu 1 barmağı buraxır, ifrazat qanlıdırsa,söhbət 36 həftəlik hamiləlik ,dölün köndələn vəziyyəti, normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması, dölün bətndaxili hipoksiyası təhlükəsindən getdiyi üçün ana və dölün həyatını qurtarmaq üçün keysəriyyə əməliyyatı aparılır.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
452) Doğum evinə 29 yaşlı qadın içərisində qovucuqlar olan tünd rəngli qanlı ifrazatın olması şikayəti ilə daxil olub. Axırıncı aybaşısına görə 20 həftəlik hamilədir. QM-da qeydiyyatdadır. Ümumi vəziyyəti kafidir. Uşaqlığın dibi göbək bərabərindədir,əllədikdə konsistensiyası çox yumşaqdır ( xamırvari) ,dölün hissələri əllənmir,ürək döyünməsi eşidilmir, ana tərpənməyini hiss etmir.Söhbət hansı patologiyadan gedir?
A) Vaxtından qabaq doğuş

B) Xorionepitelioma

C) Gecikmiş hestoz

D) Beçəxor

E) Gecikmiş düşük təhlükəsi
Uşaqlığın dibi göbək bərabərindədir,əllədikdə konsistensiyası çox yumşaq, (dölün hissələri əllənmir,ürək döyünməsi eşidilmir,ana tərpənməyini hiss etmirsə) bunlar göstərir ki,uşaqlıq 24 həftəlik hamiləliyə uyğun gəlir, yəni hamiləliyin muddətinə uyğun deyil (böyükdür) və ifrazat qanlı, içərisində qovucuqlar da varsa deməli söhbət beçəxordan gedir .Qadının uşaqlığı beçəxordan azad edilməli və o, QM -da dispanser müşahidəsinə götürülməlidir.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
453) Doğum evinə 32 yaşlı qadın 33 həftəlik hamiləliklə qarnının aşağı hissəsində və belində sancı şəkilli ağrılarla daxil olub.(ağır əşya qaldırıb). UDH-30-sm, QD-80-sm. Dölün vəziyyəti boylamadır, gələcək hissə baş çanaq girəcəyi üzərində hərəkətlidir, dölün ürək döyunməsi 1 dəq.130v. Uşaqlıq tonusdadır. Obyektiv müayinədə şəffaf ,kifayət qədər döl yanı maye axır. Daxili müayinədə uşaqlıq boynu 2-sm açıqdır. Söhbət nədən gedir? Dölün təxmini çəkisi neçə qr?
A) Gecikmiş düşük təhlükəsi

B) Vaxtından qabaq doğuş, 2400-qr

C) Dölün asfiksiyası

D) Doğum fəaliyyətinin anomaliyası

E) Normal doğuş , 2400qr.
Uşaqlıq tonusdadır.Obyektiv müayinədə şəffaf ,kifayət qədər döl yanı maye axır.Daxili müayinədə uşaqlıq boynu 2-sm açıqdır və UDH-30-sm, QD-80-sm deməli, qadında vaxtından qabaq doğuş başlayıb, dölün təxmini çəkisi 2400qr (30х80=2400qr) . Dölyanı maye axırsa, dölün hipoksiyasina qarşı profilaktika aparmalı və doğuşu adi qaydada idarə etməli.
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991
454) Evdə 22 yaşlı hamilə qadında tezləşmiş doğum fəaliyyəti başladığı üçün təcili yardıma müraciət edir. (QM-da çoxdöllü hamiləliklə qeydiyyatdadır) TY gələnə kimi 1-ci döl baş gəlişində, diri doğulur, qan axma başlayır. 2-ci döl sağrı gəlişindədir, ürək döyünməsi 1dəq.100 v, bu zaman hansı ağırlaşmadan söhbət gedə bilər?
A) Qanaxma 2-ci dölün diri doğulması üçün təhlükə riski yaradır

B) Son və zahılıq dövrünün qanaxması ola bilər

C) 2-ci dölün cifti vaxtından qabaq ayrılıb

D) Bətn daxilindəki döldə hipoksiya təhlükəsi var

E) Sadalananların hamısı

Təcili yardımdakı mama mutləq qadının ümumi vəziyyətinə nəzarət etməli, 2-ci döl sağrı gəlişində, ürək döyünməsi 1dəq.100v.-sa, qan axma da başlayıbsa , onda 2-ci dölun ciftinin vaxtından qabaq ayrılması bətn daxilindəki döldə hipoksiya təhlükəsi yaradır , mama Sovyanov üsulundan istifadə edərək 2-ci dölü azad etməli , bundan sonra qanaxmanın qarşısını almaq üçün tədbirlər görməli , sonra 2-ci döllə məşğul oimalıdır.Uşaqlığı yığan preparatlardan istifadə etməli .Doğmuş qadını və əkizləri doğum evinə gətirib II mamalıq şöbəsinə qəbulunu təmin etməlidir.


Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»1991


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   469




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin