419) Hamiləlik zamanı ekstragenital xəstəliklərə nə daxil deyil?
1. Təkrari və ya fəsadlaşmış abortlar
2. Ürək qan-damar sisteminin xəstəlikləri
3. Sidik-cinsiyyət sisteminin xəstəlikləri
4. Vaxtından qabaq doğuşlar
5. Qara ciyər və öd kisəsinin xəstəlikləri
A) 1,4
B) 3,4
C) 3,5
D) 2,5
E) 2,3
Təkrari və ya fəsadlaşmış abortlar , vaxtından qabaq doğuşlar mamalıq anamnezinə daxildir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 150-166
420) Ağir preeklampsiyası olan hamilə qadını qəbul şöbəsində kim müayinə etməlidir?
A) Növbətçi mama-ginekoloq
B) Baş tibb bacısı
C) Patologiya şöbəsində işləyən mama
D) Növbədə olan mama
E) Doğum şöbəsində işləyən mama
Ağir preeklampsiyası olan hamilə qadını qəbul şöbəsində növbətçi mama-ginekoloq müayinə etməlidir.Onun hansı şöbəyə qəbul olunması və müalicəsi məsələsi isə məsul mama-ginekoloq və reanimatoloq tərəfindən birgə həll edilir
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 13
Dostları ilə paylaş: |