Azərbaycan Respublikası Səhiyyə Nazirinin
19 sentyabr 2012-ci il tarixli 70 nömrəli
əmri ilə təsdiq edilmişdir.
Həkim mama-ginekoloqun nümunəvi vəzifə
TƏLİMATI
I. Ümumi müddəalar
1.
Bu
vəzifə təlimatı həkim mama-ginekoloqun vəzifə öhdəliklərini, hüquq
və məsuliyyətini müəyyən edir.
2.
Həkim mama-ginekoloq vəzifəsinə ali tibb təhsili olan, qanunvericiliklə
müəyyən edilmiş qaydada müvafiq ixtisas üzrə peşə hazırlığı keçmiş şəxs təyin
edilir.
Elmi-tədqiqat institutlarının klinikalarında, respublika mərkəzlərində
(xəstəxanalarında), klinik xəstəxanalarda ali tibb təhsili olan və qanunvericiliklə
müəyyən edilmiş qaydada“mamalıq və ginekologiya” ixtisası üzrə peşə hazırlığı
keçmiş, ixtisası üzrə ən azı 3 il əmək stajına malik şəxs təyin edilir.
3.
Həkim mama-ginekoloq Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunur
və vəzifədən azad edilir.
4.
Həkim mama-ginekoloq bilavasitə şöbə müdirinə, onun olmadığı halda
isə tibb müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Həkim mama-ginekoloq aşağıdakıları bilməlidir:
5.1.
Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını,
səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2.
öz
ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını;
5.3. mama-ginekologiya xidmətinin təşkili, strukturu, ştatları və təchiz
edilməsi ilə bağlı məsələləri;
5.4.
öz
ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.5. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.6.
əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.7.
dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.8.
tibbi
sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.9.
həkimlərin etik davranış qaydalarını, tibbi etika və deontologiyanın
əsaslarını;
5.10.
insan
bədəninin üzv və sistemlərinin funksional
vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.11.
təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.12.
sanitar-maarifləndirmənin əsaslarını;
2
5.13.
daxili
əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.