I.
Hüquqlar
48.
Həkim mama-ginekoloqun aşağıdakı hüquqları vardır:
48.1.
klinik
müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator
tədqiqatların məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz
müəyyənləşdirmək;
48.2. müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq xəstənin
aparılması taktikasını müəyyən etmək;
48.3. pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator
diaqnostika metodlarını təyin etmək;
48.4.
diaqnostika
və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə
diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;
48.5.
zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün
müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;
48.6.
müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
48.7.
öz
səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, tabelikdə olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə
təkliflər vermək;
48.8.
öz
vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
48.9.
onun
işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik
konfranslarda və müşavirələrdə iştirak etmək;
48.10.
müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
5
49.
Həkim mama-ginekoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
Dostları ilə paylaş: |