421) Ağır olmayan preeklampsiyalı hamilə qadina mama tərəfindən nə tələb olunur?
A) Xəstəxanaya göndərmək
B) Yalnız davamlı nəzarət aparmaq
C) İntensiv terapiya palatasına yerləşdirmək
D) Qadın məsləhətxanasında mualicə etmək
E) Patologiya şöbəsinə yerləşdirmək
Ağır olmayan preeklampsiya-müaliçə tələb etmir, yalnız davamlı nəzarət aparılmalı və stasionara göndərilməlidir.
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 13
422) Qəbul şöbəsində preeklampsiyalı hamilə qadınlarda təcili hansı müayinə aparılmalıdır?
A) Dölün ürək döyünməsinə qulaq asmaq
B) Daxili müayinə aparmaq
C) Xarici müayinə aparmaq
D) Doğuşun vaxtını təyin etmək
E) Arterial təzyiqin ölçülməsi
Qəbul şöbəsində preeklampsiyalı hamilə qadınlarda arterial təzyiqin ölçülməsi təcili aparılmalıdır.Digər müayinələr hamilənin vəziyyəti sabitləşdikdən sonra aparıla bilər .
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 14
423) Preeklampsiyalı hamilə qadınların vəziyyəti sabitləşdikdən sonra arterial təzyiq nə vaxt ölçülməlidir?
A) Gündə 1 dəfə
B) Müalicədən əvvəl və sonra
C) Hər 30 dəqiqədən bir
D) 1 saatdan bir
E) Səhər və axşam
Preeklampsiyalı hamilə qadınlarin vəziyyəti sabitləşdikdən sonra arterial təzyiq hər 30 dəqiqədən bir ölçülür .Stasionar şəraitində qadının vəziyyəti sabitdirsə və patoloji simptomlar qeyd olunmursa , A/T hər 4 saatdan bir ölçülməlidir.
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 14
Dostları ilə paylaş: |