491) Hipermenstrual sindroma hansılar aiddir?
A) Alqodismenoreya, oliqomenoreya, polimenoreya
B) Oliqomenoreya, opsomenoreya, menorragiya
C) Polimenoreya, hipermenoreya, proyomenoreya
D) Hipomenoreya, oliqomenoreya, proyomenoreya
E) Menorragiya, polimenoreya, hipomenoreya
Klinik gedişinə görə aybaşı uzun, itirilən qanın miqdarı çox və tez-tez baş verməsi sindromu ilə müşahidə edilir.(poli,hiper,proyomenoreya)
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
492) Uşaqlıq yolunun əzələsi neçə qatdan ibarətdir?
A) 2
B) 5
C) 4
D) 1
E) 3
Uzununa və dairəvi əzələ qatından ibarətdir. Əzələ qatı isə selikli qişaya söykənir. Uşaqlıq yolunda büküşlər var.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 9
493) Aşağıdakılardan hansı uşaqlıqdan kənar hamiləliyin baş verməsi üçün risk amillərinə aiddir?
A) Kiçik çanaq orqanlarının operativ müdaxiləsi
B) Vulvovaginit
C) Polip
D) Endoservisit
E) Uşaqlıq mioması
Qonşu üzvlərin- sidik kisəsi və düz bağırsaqda patoloji proses zamanı operativ müdaxilə uşaqlıqdan kənar hamiləlik üçün risk amilinə aiddir.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
Dostları ilə paylaş: |