53) Xarici konyuqatanı ölçdükdə qadın hansı vəziyyətdə olmalıdır?
A) Ayaq üstə olmalıdır
B) Arxası üstə uzanmalı, ayaqlar bükülmüş vəziyyətdə
C) Yan böyrü üstə uzanmalı və yuxarıdakı ayaq bükülü vəziyyətdə
D) Arxası üstə uzanmalı , ayaqlar uzadılmış vəziyyətdə
E) Böyrü üstə uzanmalı və aşağıdakı ayağı bükülü vəziyyətdə olmalıdır
Xarici konyuqata-simfizin yuxarı kənarından Mixaelis rombunun mərkəzinə qədər olan məsafə çanaqölçənlə təyin edilir və qadına xüsusi vəziyyət verilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
54) Mayalanmış döl yumurtasının uşaqlığın selikli qişasına daxil olması prosesi necə adlanır?
A) Ovulyasiya
B) Regenerasiya
C) Sekresiya
D) İmplantasiya
E) Mayalanma
Mayalanmış döl yumurtası borunun hərəkəti nəticəsində uşaqlığın selikli qişasına nüfuz edir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009səh42
Dostları ilə paylaş: |