552) Trixomonadalı kolpitin müalicəsində hansı preparatdan istifadə olunur?
A) Klostilbegit
B) Penisillin
C) Sinestrol
D) Progesteron
E) Trixopol, flagil
Uşaqlıq yolu trixomonadaları sidik-cinsiyyət sisteminə qalxan yolla daxil olub selikli qişanı zədələyir, orada parazitar xəstəliyin əmələ gəlməsinə səbəb olur. Yaxmada trixomonadaların tapılması ümumi və yerli müalicə tələb edir. Qadının cinsi partnyoru mütləq müalicə almalıdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh245.
553) Sulfanilamid preparatlara nə aid deyil?
A) Etazol
B) Sulfademizin
C) Norsulfazol
D) Osarsol
E) Sulfadimetoksin
Sidik cinsiyyət orqanlarının trixomonozu kontagioz xəstəlik olub cinsi yolla xəstədən sağlam orqanizmə keçir və oranın selikli qişasını zədələyərək parazitar xəstəlik əmələ gətirir. Xəstəliyin klinikasından asılı olaraq yerli müalicə təyin edilir. Effekt yüksək olur.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 271
Dostları ilə paylaş: |