554) Narkotik analgetiklərə hansı preparat aid deyil?
A) Fentanil
B) Promedol
C) Omnopon
D) Analgin
E) Morfin
Analgin- ağrı kəsici, iltihab əleyhinə , istiliksalıcı təsir göstərir. Narkotik analgetik deyil.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 268
555) Uşaqlıq əzələsinin yığılmasını stimulə edən preparat hansıdır?
A) Analgin
B) Kalsi xlorid
C) Dimedrol
D) Vikosol
E) Stiptisin
Uşaqlıq qanaxmalarında qanı dayandırmaq məqsədilə qan kəsici, uşaqlığın tonusunu qaldıran dərmanlardan istifadə edilir. Mütləq səbəb aradan qaldırılmalı və lazım gələrsə uşaqlığın selikli qişasını qaşımaq lazımdır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh245.
Dostları ilə paylaş: |