642) Rektal temperaturu ölçmək üçün mama qadına nə məsləhətgörməlidir?
A) Yuxudan sonra səhər, sakit vəziyyətdə
B) Hər gün səhər eyni vaxda
C) Alınan göstəricini qeyd etməli
D) Sadalananlarin hamısı
E) Düz bağırsaqdan
Düz bağırsaqdan (Rt) bazal temperatur yuxudan sonra səhər, sakit vəzıyyətdə ölçülür. Normal aybaşı siklində temperatur bütün sikl boyu dəyişir.
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh63
643) Mama onkoloji muayinə üçün yaxmanı haradan götürməlidir?
A) Uşaqlıq yolunun yan divarından
B) Anusdan
C) Uretradan
D) Uşaqlıq boynunun səthindən
E) Uşaqlıq yolunun dəhlizindən
Sitoloji müayinədə məqsəd -uşaqlığın və boruların bəd xassəli şişlərinin erkən diaqnostikasıdır.
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 52
644) Mama süzənəyi aşkar etmək ücün yaxmanı haradan götürməlidir?
A) Uşaqlıq yolunun arxa tağından
B) Uşaqlıq yolunun yan dıvarından
C) Servikal kanaldan (Folkman qaşığı ilə)
D) Uşaqlıq boşluğundan
E) Uşaqlıq boynunun səthindən
Bakterioskopik müayinə üçün yaxma uşaqlıq boynu kanalından, uretradan götürülür. Yaxmadan əvvəl uşaqlıq yolunu şırınqalamaq və dərmanlarla müalicə
aparmaq olmaz.Yaxmanı sidik buraxılmamış göturmək lazımdır.
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 54
Dostları ilə paylaş: |