914) Qanın maksimal saxlanma müddəti neçə gündür?
A) 14 gün
B) 7 gün
C) 21 gün
D) 16 gün
E) 28 gün
Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
915) Donor qanı soyuducuda hansı temperaturda saxlanmalıdır?
A) 0, -2 0C
B) +17, -20 0C
C) -2, -0 0C
D) 4-6 0C
E) 0, -15 0C
Donor qanı, qan əvəzedicilər, zərdab və vaksinlər+ 4-60C-də saxlanılır.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
916) Aralıq nahiyyəsində hansı sarğı növündən istifadə olunur?
A) Sünbülvari
B) T-şəkilli
C) Dairəvari
D) Sapandvari
E) Spiralvari
Aralıq nahiyəsində aparılan əməliyyatlardan sonra, aralıq nahiyəsinin travmalarında və irinli yaraların müalicəsində habelə digər məqsədlərlə T-şəkilli sarğı qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.307
Dostları ilə paylaş: |