922) Kraft-paketlərdən neçə dəfə istifadə etmək olar?
A) 5
B) 20
C) 7
D) 10
E) 2
Kraft paketlərdən müasir cərrahlıqda alətlərin çeşidlənərək buxarla sterilizasiyasında geniş istifadə olunur.Bunun üçün klinikalarda müasir kraft paket hazırlayan avtomatlaşdırılmış dəzgahlar mövcuddur.Sterilizasiyadan əvvəl indikator lentlər açıq çəhrayı,sterilizasiyadan sonra isə bənövşəyi rəng alır.Kraft paket dəzgahla dört tərəfdən yapışdırılmış halda alətlər 20 gün sterilliyini itirmir.Sterilizasiyaya nəzarət üçün kraft paketlərin kınarlarına indikator lentlər yapışdırılır. Kraft paketləri 5 dəfə istifadə etmək olar.
Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)
923) Alətlərdə sterilizasiyadan əvvəl gizlin qanın olmasını hansı sınaqla yoxlayırlar?
A) Volkoviç
B) Benzidin
C) Oberst
D) Zimnitski
E) Mikulic
Benzidin sınağını qoymaq üçün 0.5-1%-li benzidin hidroxlorid eyni miqdarda 3%-
li hidrogen peroksidlə qarışdırılır.
Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985(səh.60)
Dostları ilə paylaş: |