953) Sterilizasiya nədir?
A) Patogen mikroqanizmlərin məhvidir
B) Mikrobların yaraya düşmə yollarında məhvidır
C) Bütün mikrobların sporları ilə məhvidir
D) Mikrobların yarada məhvidır
E) Mikrobların yaraya düşməsinin qarşısının alımasıdır
Sterilizasiya müxtəlif üsullaların (yüksək temperaturun, buxarın, ionlşmış şüaların) təsiridən bütün mikroorqanizmlərin və onların sporlarının məhvidir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
954) Antiseptika nədir?
A) Yaradakı mikrobların məhvidir
B) Patogen mikrobların məhvidır
C) Alətlərin dezinfeksiyasıdır
D) Mikrobların yaraya düşmə yollarında məhvidir
E) Alətlərin sterilizasiyasıdır
Antiseptika-yaraya düşmüş mikrobların məhv edilməsi üçün görülən tədbirlər kompleksidir. Antiseptikanın 4 növü var: mexaniki, fiziki, kimyəvi və bioloji.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
Dostları ilə paylaş: |