367) Aşağıdakılardan hansı yarımçıq doğulmuş uşaqlara aid deyil?
A) İnfeksiyalardan qorumaq
B) Küvezdən istifadə
C) İlıq istiqaclardan istifadə
D) Soyuqdan mümkün qədər qorumaq
E) Bədən temperaturunun normal olması
Yeni doğulmuş yarımçıq uşaqlar istiyə və soyuğa həssas olduqları üçün bədən temperaturu ona uyğun dəyişir. Onlarda immunitet aşağı olur. Xəstələnməyə meylli olurlar.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 177-350; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 167
368) Zahılıq palatasında doğan qadınlarda nəyə fikir verilmir?
A) Qarının ön divarında olan çapıqlara
B) Süd vəzisinin funksiyasına
C) Sidik ifrazının xarakterinə
D) Zahının ümumi vəziyyətinə, tikişlərə
E) Bağırsaqların funksiyasına
Doğan qadınlar zahılar palatasında hər gün yoxlanılmalıdır ,həkimdən əvvəl bu işi mamalar görür və həkimə məlumat verir. Qarının divarında olan çapıqlar a fikir verilmir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 149
369) Qadın məsləhətxanasında II məşğələ zamanı hamilənin doğuşa hazırlanmasına nə aid deyil?
A) Düzgün nəfəsalma
B) Fasilələrlə dincəlmək və yatmaq
C) Güc vermək
D) Sakit uzanaraq dərin və ritmiki nəfəs almaq
E) Qarnın aşağı hissəsini və bel nahiyəsini sığallamaq
Sonrakı məşğələdə hamilələrdə psixoprofilaktik tədbirlər aparılır və qadına doğuş haqqında xüsusi məlumatlar verilir.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 109; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 146
Dostları ilə paylaş: |