388) Follikullar harada inkişaf edir və partlayır?
A) Uşaqlıq boynunda
B) Uşaqlıqda
C) Yumurtalıqda
D) Uşaqlıq yolunda
E) Boruda
Cinsi yetişkənlik dövründə follikullar yumurtalığın qabıq qatında çox olur, getdikcə azalır, ayda biri yetişir və partlayır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 29
389) Yumurtalıqlar enli bağın hansı hissəsində yerləşir?
A) Arxa hissəsində
B) Ön hissəsində
C) Ortasında
D) Kənarında
E) Yuxarı hissəsində
Yumurtalıqlar ön tərəfi ilə enli bağın arxa vərəqinə bitişik olur. Qalan hissəsi isə sərbəst kiçik çanaq boşluğuna baxır və enli bağın özünün xüsusi bağı - qıfabənzər bağın köməyi ilə asılı vəziyyətdə qalır.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 22
Dostları ilə paylaş: |